Kiçik korporativ hüquqşünas
Ümumi vəzifə öhdəlikləri:
• Şirkətdə və şirkət tərəfindən normativ-hüquqi aktların müddəalarının düzgün tətbiq edilməsini təmin edir;
• Şirkətin fəaliyyəti ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və s.) qanunvericiliyə uyğunluğunu təmin edir;
• Şirkət tərəfindən imzalanmalı müqavilələrin/kontraktların qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunu təmin edir;
• Şirkət tərəfindən imzalanmış müqavilələrin qeydiyyatının aparılmasını, vaxtında yenilənməsini, müqavilələrin şərtləri üzrə danışıqlarının aparılmasını təmin edir;
• Xarici vətəndaşların miqrasiya sənədlərinin hazırlanmasını və müvəqqəti yaşama və iş icazələrinin alınmasını həyata keçirir.
Tələblər:
• Hüquq sahəsində Bakalavr və ya Magistr dərəcəsi;
• Hüquq sahəsində ən azı 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla) və ingilis (yaxşı);
• MS Office proqramlarını yaxşı bilmək;
• Məsuliyyətli, dürüst və dəqiq.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Hüquqşünas” qeyd edərək [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.