Azərşəkər LLC
Satınalma üzrə mütəxəssis
Son tarix 09 may 2022
Vəzifə ilə bağlı biliklər:
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalma sənədlərinin hazırlanma bacarığı;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Xarici logistikanı bilməli;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
- Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
Namizədə tələlər:
- Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
- Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
- Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
- Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
- Mükəmməl ünsiyyət və danışıq bacarıqları.İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
- Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)
Əlavə məlumat:
- İş yeri: BEGOC Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Maraqlanan şəxslər öz CV formalarını "Satınalma üzrə mütəxəssis" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.