Qəbələ Aqropark
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 20 apr 2024 - [email protected]
Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.
Əmək funksiyaları:
- Daxil olan sifarişlərin icrasını həyata keçirmək;
- Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək;
- Alınmış malların qeydiyyatının aparılması;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyatı müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak etmək;
- Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi;
- Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
- Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı,əməkdaşlıq qabiliyyəti,effektiv ünsiyyət,çeviklik;
- 1C və MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00- 17:00 (altıgünlük iş həftəsi)
İş yeri: Qəbələ rayonu, Hacıalılı kəndi.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.