Qalaalti Hotel & Spa
Baş həkim
Son tarix 09 fev 2026 - [email protected]
Əmək funksiyası
Tələblər:
- Müvafiq qanunvericiliyin tələblərinə əsasən Sanatoriyanın (Hotelin) Tibb bölməsinin idarəetməsini həyata keçirir;
- Qonaqlara keyfiyyətli və vaxtında tibbi xidmətin göstərilməsinə dair bölmənin işini təşkil edir;
- Qalaltı suyunun müxtəlif xəstəliklərdə müalicəvi təsir mexanizmi ilə bağlı ölkədə keçirilən elmi praktik konfranslarda iştirak edir;
- Xarici ölkələrdə təşkil olunan sərgi və konfranslarda istirak edir və oteli təmsil edir;
- Otelə ölkə vətəndaşı və xarici qonaqların çəlb olunması ilə bağlı təkliflər verir.
- Müalicə həkimləri tərəfindən Qalaltı suyunun qonaqlara təyini zamanı göstəriş və əks göstərişlərə nəzarəti həyata keçirir.
- Oteldə müalicə alan ağır xəstələrin mualicəsini gündəlik təqib edir;
- Tibbi bölmə əməkdaşlarının daxili iş qrafiki qaydaları tələblərini yerinə yetirməsinə, təhlükəsizlik qaydaları və əməyin mühafizəsinə riayət etməsinə, avadanlıq və cihazlarla davranış qaydaları və düzgün istismarına əməl etməsinə nəzarət edir;
- Müəssisədə icra edilən müayinə və müalicənin keyfiyyətinə sistematik nəzarət edir;
- Şöbələrin, müalicə otaqlarının planlı şəkildə yoxlanılmasını icra edir və nəticələri ümumi iclasda müzakirə edir;
- Müalicə-diaqnostika şöbələrinin fəaliyyət göstəricilərinin sistematik təhlilini aparır;
- Aparılan müayinə-müalicə tədbirlərinin effektivliyinin qiymətləndirilməsi məqsədi ilə fəaliyyətlər icra edir;
- Tibb bölməsinin gələcək fəaliyyətinə dair proqnozlaşdırma və strateji planlamada iştirak edir
- Tibbi sənədləşmənin düzgün və vaxtında icrasına, müalicə təyinatlarının zəruriliyi və mütəmadi yerinə yetirilməsinə dair yoxlamalar aparır;
- Statistik hesabatın tələb olunan qaydada və təyin olunmuş vaxtda (ayliq, rüblük və illik) təqdim edilməsini təmin edir;
- Müəssisənin struktur bölmələri ilə planlı və növbədən kənar yoxlamalarda iştirak edir, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsində iştirak edir, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müraciət edir və tədbirlər həyata keçirir;
- Kadrların seçilməsində iştirak edir, onların ixtisaslarına uyğun yerləşdirilməsini təşkil edir və vaxtaşırı əməkdaşların fəaliyyətini dəyərləndirir;
- Müəssisə üzrə tibbi növbətçilik cədvəlini tərtib edərək təsdiqləyir;
- Tibb bölməsi əməkdaşlarının vəzifə öhdəlikləri, daxili intizam, əməyin mühafizəsi, cihaz, avadanlıq, alətlər və s. istismarı qaydalarının tələblərini yerinə yetirmədikdə qanunvericiliyə uyğun tədbirlər görür.
Tələblər:
- Təhsil: Tibb üzrə ali təhsil.
- İş təcrübəsi: Müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.
Bilik və Bacarıqlar:
- 1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
İş yeri: “Yeni Qalaaltı Hotel Company” MMC (Şabran şəhəri)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.










