Qalaalti Hotel & Spa
Təchizat üzrə baş mütəxəssis
Son tarix 11 avq 2024 - [email protected]
Struktur: Təchizat şöbəsi
Tabeçilik: Təchizat şöbəsinin müdiri
Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa
Tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Microsoft Office və 1C proqramlarında işləmək bacarığı;
- Satınalma prosesləri və idarə edilməsi üzrə biliklər;
- Məlumat Texnologiyaları sahəsində güclü biliklər;
- Kommunikasiya, nəzarət və analitik bacarıqlar.
Vəzifə öhdəlikləri:
- Hotelin satınalma proseslərini idarə etmək, tələblərini müəyyən etmək, sifarişləri hazırlamaq və təhvil verilməsini təşkil etmək;
- Satın almaq üçün məhsulların və xidmətlərin təyin edilməsi, tədarükçülərin qiymətləndirilməsi, qiymət müzakirələrinin aparılması və ən yaxşı müqavilələrin bağlanmasını təmin etmək;
- Sifarişləri izləmək, tədarükçülərin performansını izləmək və hər hansı bir problem halında həll yolu təklif etmək;
- Sifarişlər zamanı ən yaxşı qiymət təklifləri üçün bazar arşdırması etmək, ehtiyac olduqda yeni tədarükçüləri satınalma prosesinə cəlb etmək;
- Satınalmaların monitorinqi, statistikalarının toplanması və hesabatların hazırlanması və ümumi satınalma proseslərinin effektivliyinin artırılması üçün tədbirlər görmək.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı ştat cədvəlinə uyğun;
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
- Gündəlik 3 dəfə qidalanma;
- Həftədə 4 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təchizat üzrə baş mütəxəssis” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq