Qala Həyat Sığorta Şirkəti
Mütəxəssis – hüquqşünas
Son tarix 01 dek 2025 - [email protected]
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə Hüquq və kadrlar departamentinə “Mütəxəssis – hüquqşünas” tələb olunur:
Karyeraya başlamaq üçün, xanımlar və bəylər dəvət olunur.
Namizədə olan tələblər:
- Təhsil: Ali. (Hüquqşünaslıq üzrə)
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- İş təcrübəsi: müvafiq vəzifə üzrə minimum 2-3 il təcrübə (hüquq sahəsi üzrə).
Bilməlidir:
- Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun; Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sahə ilə əlaqəli qərarları; Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarını və sığorta sahəsinə dair digər qanunvericilik aktlarını.
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi məsələlərlə bağlı şirkətin adından məktubları hazırlamaq, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
- Dövlət orqanlarından və vətəndaşlar tərəfindən daxil olan rəsmi müraciətlərə qanunla müəyyən olunmuş qaydada cavab hazırlamaq;
- Hüquqi məsələlərin həllində, normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak etmək;
- Şirkət fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- Müqavilələrin hüquqi ekspertizasını keçirmək;
- Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını keçirmək;
- İddiaçı, cavabdeh və digər şəxs qismində Cəmiyyəti məhkəmələrdə təmsil etmək;
- Sığorta hadisəsini araşdırmaq üçün müəyyən olunmuş qaydada sənədləri toplamaq və araşdırma aparmaq; Sığorta aktını tərtib etmək və sığorta ödənişinin həyata keçirilməsini təmin etmək; sığorta ödənişdən imtina məktubunu hazırlamaq.
İş şərtləri: İş qrafiki: 09:00 – 18:00
Əmək haqqı: Aylıq: Razılaşdırmaqla.
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
- Əlaqə vasitələri: www.qala.az ; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Mütəxəssis – hüquqşünas” qeyd etməklə göndərə bilərlər.













