İş yeri : “Qala Group” MMC
Vəzifə: Korporativ satış üzrə mütəxəssis
İş barədə məlumat
• Yeni və mövcud müştərilər (sifarişçilər) üzrə məlumat bazasını aparmaq;
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkliflər təqdim etmək;
• Xidmətlər haqqında müştərilərin (sifarişçilərə) bütün suallarını cavablandırmaq və dəqiq məlumat almasında köməklik göstərmək;
• Yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək;
• Sifarişçilər ilə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
• Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq.
Namizədə tələblər
• Ali təhsil;
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (üstünlükdür);
• Analitik təhlil bacarığı;
• Ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı;
• Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
• Yeniliyə açıq və inkişafa meyilli.
Şərtlər:
• 5 günlük iş qrafiki (9.00-18.00)
• Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
• Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Xahiş olunur şəkilli CV-ləri [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın “Korporativ satış üzrə mütəxəssis” qeyd edin.