İş yeri-Baki şəhəri: Qala Group MMC
Vakansiyanın adı : Smeta üzrə köməkçi
Əmək funksiyası:
1. Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının hazırlamaqda iştirak etmək;
2. Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablamaqda iştirak etmək;
4. Ümumtikinti, təmir, elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya işlərinin, podrat müqavilələrinin bağlanması üçün smeta sənədlərinin tərtib etməkdə iştirak etmək;
5. Tender təkliflərinin hazırlamaqda iştirak etmək;
8. Layihə barəsində aylıq texniki hesabatların hazırlamaqda iştirak etmək;
9. Müştərilərlə mütəmadi əlaqədə olmaq.
Tələblər:
• Ali texniki təhsil
• Bu sahədə iş təcrübəsi 1 il
• AvtoCAD - əla
• Azərbaycan (əla),rus dili arzu olunandır, ingilis dili – işlək
• Təcrübəli PC istifadəçisi (Excel, Word,)
• Sənədləşmə - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən
• İş qrafiki həfdə içi 5 gün.
Namizədlərdən şəkilli CV-lərini “Smeta üzrə köməkçi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
İş yeri – Baki şəhəri
Sənəd nəzarətçisi -Təcrübə
İş barədə məlumat
• Sənəd nəzarəti proseduru ilə əlaqəli bütün tədbirləri əlaqələndirmək,
• Sənədlər verilərkən şirkətin standart əməliyyat prosedurlarına təsirli şəkildə əməl etmək;
• Korporativ sənədlərin vaxtında və keyfiyyətli təqdim edilməsi;
• Sənədlərin vaxtında təqdim edilməsi üçün bütün sənədlərin hazırlanması və işçilərlə ünsiyyət sənəd nəzarətçisinin vəzifə təlimatının bir hissəsidir;
• Vaxtında yoxlanmanı və vaxtında göndərilməsini, həmçinin bütün lazımi korporativ sənədləri almaq üçün şəxsən səyahət etməyi təmin etmək;
• Tələb olunan sənədlərin şəxsən çatdırılması və qəbulu üçün cavabdehdir.
Namizəd üçün tələblər
• Karyeraya qurmağa yeni başlayanlar ;
• Yaş 22 – 30
• Oğlan namizədlərə üstünlük veriləcəkdir;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus dili arzu olunandır;
• Analitik təhlil bacarığı;
• Dinamik ,Ünsiyyət qurma, çevik və komanda şəklində işləmək bacarığı;
• Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
• Yeniliyə açıq və inkişafa meyilli.
• Sənədləşmə - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən;
• İş qrafiki həfədə içi 5 gün.
Namizədlərdən şəkilli CV-lərini “Sənəd nəzarətçisi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.