Qafqaz-Qəbələ MMC
Xərclər üzrə Nəzarətçi (Cost Controller)
Son tarix 20 iyn 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Oteldə xərclərin effektiv şəkildə idarə olunmasını və nəzarət sistemlərinin qurulmasını təmin etmək;
- Gündəlik və aylıq xərclərin təhlilini aparmaq, hesabatlar hazırlamaq;
- Anbar və satınalma əməliyyatları ilə sıx əməkdaşlıq etmək, material sərfiyyatına nəzarət etmək;
- Qiymət artımı və xərclərə təsir edən faktorları izləmək və rəhbərliyə müvafiq tövsiyələr vermək;
- Büdcəyə uyğunluğun təmin olunmasına nəzarət etmək və potensial qənaət imkanlarını müəyyənləşdirmək;
- Audit yoxlamalarına dəstək göstərmək və daxili nəzarət sistemlərinin effektiv işləməsinə töhfə vermək.
Namizəddən tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Otelçilik və ya iaşə sahəsində minimum 2-3 il təcrübə. Xərclər üzrə nəzarətçi(Cost Controller) və ya Mühasib təcrübəsi üstünlükdür;
- MS Excel və maliyyə hesabat proqramlarında işləmək bacarığı (Materials Control (MC), Opera PMS və ya digər PMS proqramları üstünlükdür);
- Analitik düşüncə və detallara diqqət;
- Komanda ilə işləmək və kommunikasiya bacarıqları.
Təklif etdiyimiz imkanlar:
- Stabil iş mühiti və peşəkar komanda;
- Əmək haqqı net 800 AZN;
- Karyera və inkişaf imkanları;
- İş yerində nahar və nəqliyyat təminatı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir. Qəbələ şəhərində yaşyış yeri olan namizədlərin müracətlərinə üstünlük veriləcək.
Müraciət qaydası:
- CV-lərinizi subject hissəsində “Cost Controller” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.