Q-STP
Baş Mühasib (İstehsalat üzrə)
Son tarix 20 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotu sistemini qanunverciliyə uyğun qurmaq
- Vergilər üzrə hesabatların tərtib və təqdim edilməsini təmin etmək
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək
- 1C ERP proqramında əməliyyatlarının düzgün və zamanında icrasını təmin etmək
- Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək
- Aktların, təsdiqləyici sənədlərin tərtib edilməsi, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
Tələblər:
- Ali Təhsil (maliyyə və ya mühasibatlıq üzrə)
- Müvafiq sahə üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi
- Azərbaycan dilini səlis bilmək, Rus və ingilis dili bilikləri arzuolunandır
- PMS peşakar mühasib sertifikatı (Beynəlxalq səviyyəli sertifikatları olanlara üstünlük veriləcəkdir)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək
- 1C və Microsof Office proqramlarını mükəmməl səviyyədə bilmək
İş şəraiti:
- İş yeri:Bakı şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
Mövzu yerinə “Baş mühasib” qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur.