Puva Construction
Daxili satınalma üzrə mütəxəssis
Son tarix 01 apr 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
- Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrin alınmasını və saxlanmasını təşkil etmək.
- Filial daxilində və sahələrdə işçilərin lazımi avadanlıqlarla təchiz etmək;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Satınalma prosedurunu bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Daxili bazarı tanımaq.
İş yeri: Bakı şəh., Təbriz küçəsi 79
İş qrafiki: I -V günlər
İş saatı: 09:00-dan 18:00-a
Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: 1000-1200 azn
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Daxili satınalma üzrə mütəxəssis” adını qeyd edərək e-mail ünvanına CV-ni göndərməkləri xahiş olunur.