Psychological Center
Director
Son tarix 08 may 2024 - [email protected]
Əmək haqqı: 1600 AZN
Əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulan psixoloji Mərkəzin Direktoru kimi rolunuz, mərkəzin əməliyyatları və strateji istiqamətini nəzarət etməyi, uşaqlar və gənclərin mental sağlamlığı üçün mərkəzin fokusunu saxlamağı əhatə edəcəkdir. Vəzifələriniz aşağıdakıları əhatə edir:
- Klinik Nəzarət: Mərkəzdə uşaqlar və gənclərin ehtiyaclarına uyğunlaşdırılmış terapiya, məsləhət və qiymətləndirmələr daxil olmaqla yüksək keyfiyyətli sağlamlıq xidmətləri təqdim etməsinin təmin edilməsi.
- Proqramın İnkişafı: Uşaqlar və gənclər arasında mental sağlamlığı təşviq edən proqramların hazırlanması və tətbiqi. Erkən inkişafa dəstək qrupları, təhsil seminarları, uşaqlar və gənclərdə psixi sağlamlıqı təşviq edən proqramların hazırlanması və həyata keçirilməsi.
- Kadrların İdarə Edilməsi: Əməkdaşların, əla xüsus psixoloqlar, məsləhətçilər və inzibati personalının təyin olunması, təlim edilməsi və nəzarətdə saxlanması. Onların effektiv xidmət göstərmələri üçün lazımi bacarıqlara malik olduğundan əmin olunması.
- Büdcə İdarəetməsi: Mərkəzin büdcəsinin işlənib hazırlanması və idarə edilməsi, o cümlədən işçi heyəti, proqramlar və avadanlıqlar üçün maliyyə resursların ayrılması.
- İçtimayyət ilə əlaqə: Məktəblər, sağlamlıq mərkəzləri, əlaqədar dövlət orqanları ilə münasibətlərin qurulması. Uşaq və qənclərin psixiki sağlamlıq və inkişaf mövzusuna aid olan layihə və tədbirlərdə iştirak.
- İnkişaf və Qiymətləndirmə: Uşaq və gənclərdə mental sağlamlıq məsələləri üzrə tədqiqatçılarla əməkdaşlıq etmək. Mərkəzin proqram və xidmətlərinin effektivliyini qiymətləndirmək. Təkmilləşdirməyə dair məsləhətlərin verilməsi.
Təcrübə və bacarıq tələbləri:
- Təhsil: Psixologiya, məsləhət və ya əlaqəli sahədə magistr və ya doktor təhsili.
- Lisenziya Müvafiq icazə sertifikatı, məsələn, psixologiya və ya məsləhət sahəsində fəaliyyət icazəsi, məcbur deyil, lakin olması üstünlükdir:
- Təcrübə: Uşaqlar və gənclərlə işləmək sahəsində rəhbər vəzifəsində 5 il təcrübə.
- İdarəetmə Bacarıqları: güclü liderlik və təşkilatçılıq bacarıqları.
- Bilik: Psixoloji teoriyalar, uşaq inkişafı və terapevtik metodların dərin bilikləri.
- Etik: Psixoloji sahədə etik qaydalar və professional standartlara riayət.
- Komunikasiya bacarıqı: Müştərilərlə, ailələrlə və digər professionalarla effektiv əlaqə qurmaq üçün əla kommunikasiya bacarıqları.
- Daim inkişaf: Sahədəki son tədqiqat və praktikalarla yeniliklərə uyğun qalmaq üçün davam edən təhsilə cəlb edilə bilər.