Project Management Consulting MMC
Yol tikintisi və istismarı mühəndisi
Son tarix 20 noy 2025 - [email protected]
Layihə: Günəş Elektrik Stansiyasının tikintisi
İş yeri: Biləsuvar
Əsas vəzifələr:
- Yol tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyinə, təhlükəsizlik norma və qaydalarına (TN və Q), eləcə də müəyyən edilmiş təhlükəsizlik texnikası tələblərinə uyğun əlaqələndirilməsini təmin etmək;
- Yol tikintisi, istismarı və texniki xidmət üzrə mövcud prosedura və standartları bilmək və tətbiq etmək;
- Yolun layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı əsas texniki xüsusiyyətləri həyata keçirmək;
- Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək məqsədilə vaxtın idarə edilməsi, qiymətləndirilməsi və hesablama üzrə riyazi bacarıqlara malik olmaq;
- Tikinti prosesində tələb olunan hesablamaları aparmaq, o cümlədən layihə və smeta sənədlərinin hazırlanması metodlarını bilmək;
- Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc-gəlir, statik və ekoloji təsirlərini təhlil etmək və qiymətləndirmək;
- Mövcud texniki və təşkilati problemləri müəyyən edərək onların optimal həll yollarını təklif etmək;
- Yol layihələrinin çəkilişi, planlaşdırılması və icrası mərhələlərində iştirak etmək;
- Tikinti və istismar proseslərində müasir texnoloji alət və proqramlardan səmərəli istifadə etmək;
- İş prosesində vaxtın və resursların səmərəli idarə olunmasını təmin etmək.
Tələblər:
- Təhsil: Ali təhsil (müvafiq sahə üzrə)
- Cins: Kişi
- İş təcrübəsi: ən azı 3–5 il (müvafiq sahə üzrə)
- Dil bilikləri: Rus və İngilis dili üstünlükdür
- Proqram bilikləri: AutoCAD, Civil 3D, MX Road, MS Project / Primavera P6, Excel
Şərtlər:
- İş yeri: Biləsuvar (tikinti layihəsi sahəsi)
- İş rejimi: 6 günlük iş həftəsi
- Rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə
- Əmək haqqı: 3000 AZN (net)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.