Profix MMC
Qaynaqçı
Son tarix 28 sen 2025 - [email protected]
İş barədə məlumat
- Minimum 5 il təcrübə
- Cizgi və texniki tələblərə uyğun qaynaq işlərinin yerinə yetirilməsi (elektrik, qaz, yarımavtomat, argon, elektrod və s. üsullarla)
- Qaynaq üçün detalların hazırlanması — təmizlənməsi, uyğunlaşdırılması və quraşdırılması
- Qaynaq avadanlıqlarının sazlanması və texniki vəziyyətinə nəzarət
- Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət və qüsurların aradan qaldırılması
- Əmək mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunması
- Müxtəlif materiallarla işləmək — polad, çuqun, alüminium, paslanmayan polad və s.
- Qaynağa qədər və sonra konstruksiyaların yığılmasında iştirak
Əmək haqqı: 1100 AZN
Ümumi tələblər
- Orta ixtisas və ya peşə təhsili
- İxtisas üzrə ən azı 3–5 il təcrübə
- Texniki cizgi oxuma və ölçü alətləri ilə işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və peşəkar yanaşma
- Yaş tələbi: 25–55 yaş
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Niyə Profix?
Profix MMC işçilərinə:
- Sabit və etibarlı iş mühiti
- Peşəkar inkişaf və öyrənmə imkanları
- Komanda ruhu və dəstəkləyici mühit təqdim edir.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV və müşayiət məktubunu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 55 207 28 13
Cilalayıcı
Son tarix 28 sen 2025 - [email protected]
Tələblər:
- Metal və qeyri-metal detalların cilalama dəgahlarında cilalanması və tamamlanması
- 3M132, 3A423, 3У144, 3М197 dəzqahlarında işləmək bacarığı
- Detalların dəzgaha quraşdırılması, mərkəzlənməsi və bərkidilməsi
- Emal olunacaq materiala uyğun cilalama daşının və emal rejiminin seçilməsi
- Hazır səthlərin ölçülərinin, formasının və səth keyfiyyətinin ölçülməsi və yoxlanması (ştangenpərgar, mikrometr və digər ölçü cihazlarından istifadə etmək qabilliyyəti)
- Cilalama dəzgahlarının sazlanması və texniki qulluq işlərinin aparılması
- Cizgilərə, texniki şərtlərə və sapma hədlərinə uyğun işin yerinə yetirilməsi
- Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması
Əmək haqqı: 1000+ AZN
Müraciət qaydası:
Maraqlanan namizədlər CV və müşayiət məktubunu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 55 207 28 13
Çilingər
Son tarix 28 sen 2025 - [email protected]
Tələblər:
- Avadanlıqların sökülməsi, yığılması, təmiri, texniki xidməti və sazlanması (nasos, reduktor, hidravlik və pnevmatik silindrlər, boru armaturları və s.)
- Cizgi və texniki sənədlərin oxunması
- Əl və mexaniki alətlər vasitələrlə işləmə bacarığı
- Görülən işlərin keyfiyyətinə nəzarət, yığım dəqiqliyinin yoxlanması
- Əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
Əmək haqqı: 1000+ AZN
Müraciət qaydası:
Maraqlanan namizədlər CV və müşayiət məktubunu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 55 207 28 13
Tornaçı
Son tarix 28 sen 2025 - [email protected]
Tələblər:
- Metal hissələrin cizgi və texniki şərtlərə uyğun torna dəzgahlarında emalı (16K25, DİP-200, DİP-300, DİP-500 dəzqahlarında işləmək bacarığı)
- Dəzgahın sazlanması, alətlərin quraşdırılması və yoxlanması
- Emal edilmiş detalların ölçü və keyfiyyətinə nəzarət (ştangenpərgar, mikrometr və digər ölçü cihazlarından istifadə etmək qabilliyyəti)
- Kəsmə rejimlərinin, alətlərin və qurğuların düzgün seçilməsi
- Kəsici alətlərin itiləməsi və dəyişdirilməsi
- Avadanlıqlarda kiçik nasazlıqların aradan qaldırılması və dəzgaha texniki xidməti
- Texniki sənədlərin aparılması və əmək təhlükəsizliyi qaydalarına riayət edilməsi
Əmək haqqı: 1000+ AZN
Müraciət qaydası:
Maraqlanan namizədlər CV və müşayiət məktubunu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 55 207 28 13