PRO CON izo MMC
Korporativ Satış Təmsilçisi
Son tarix 07 may 2025 - [email protected]
İşin təsviri:
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması;
- Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Güclü kommunikasiya və satış bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
- Sürücülük vəsiqəsi (avtomobil arzuolunandır, lakin şirkət tərəfindən təmin edilə bilər).
İş şərtləri:
- Əmək haqqı: 1000 AZN + satışdan əlavə bonus;
- İş qrafiki: 6 günlük (şənbə: 09:00 – 13:00);
- İş yeri: Nərimanov rayonu, A.Aqarunov 3-9.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Korporativ Satış Təmsilçisi” qeyd etməklə göndərə bilərlər.