Prive RA Consulting
Koordinator
Son tarix 22 mar 2023 [email protected]
PriveRA Consulting partnyor Xarici Audit Şirkəti üçün Beynəlxalq Əlaqələr departamentinin Avropa və Asiya şöbələrinə koordinator vakansiyaları elan edir.
Namizədə tələblər:
- Ali təhsil: (Beynəlxalq münasibətlər və menecment ixtisası üzrə təhsil almış namizədlərə üstünlük verilir)
- Yaş: 25-45
- Dil bilikləri:
- İngilis və ya rus dillərinin ən azı birində sərbəst ünsiyyət qurmaq və rəsmi yazışmaq qabiliyyəti (Digər xarici dilləri mükəmməl bilən namizədlərin müraciətinə də baxılacaq və “CV”si həmin şirkətin HR departamentinin ehtiyat bankına əlavə olunacaq)
- İş təcrübəsi: Ən azı 2 il bu və ya bu sahəyə yaxın iş təcrübəsi
- Səyahət əngəli olmayan (vaxtaşırı xarici ölkələrə ezamiyyətlər nəzərdə tutulduğu üçün kişi namizədlərdə hərbi xidmətlə bağlı (sağlamlıqla bağlı yararsız, möhlət hüququ və s.), qadın namizədlərdə isə ailə vəziyyəti ilə əlaqədar (analıq məzuniyyəti, azyaşlı övladlarının olması və s.) problem olmayan namizədlərin müraciət etməsi xahiş olunur).
İşin təsviri:
- Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların hazırlanması;
- Xarici ölkələrdə ikitərəfli əməkdaşlığın aparılması istiqamətində işin təşkili və koordinasiyası;
- Yerli və xarici tərəfdaşlarla əməkdaşlığın aparılması istiqamətində yazışmaların həyata keçirilməsi və vəzifə təlimatına uyğun olaraq digər işlər.
Yumşaq bacarıqlar:
- Analitik və kreativ düşüncə tərzi;
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
- Nəticəyönümlülük və punktuallılıq;
- Stresə davamlı və biznes etikaya uyğun davranış şəklinə malik;
Əmək haqqı: 2000 və yuxarı (müsahibə əsasında müəyyən olunacaq)
Tələblərə uyğun namizədlər mövzu yerində “asiya coordinator” və ya “avropa coordinator” başlığı ilə “CV” göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin müraciətlərinə baxılacaq.