Prive RA Consulting
Mühasib
Son tarix 18 dek 2022 - [email protected]
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
- 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1500-1600 ( müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşəcək.)
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 il
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
- Mühasibatlıq üzrə azı 3 il iş təcrübəsi;
- Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
- İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması
- Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
- Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək
- Ciddi hesabat blankları ilə işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik
Vakansiya ilə maraqlanan və yuxaridakı tələblərə cavab verən namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərə bilərlər.