Prior Leasing
Korporativ məhsulların təhlili üzrə mütəxəssis
Son tarix 08 iyn 2023 - [email protected]
Namizədə olan tələblər:
- İş təcrübəsi: 1-3 il (Korporativ məhsulların satışı və ya təhlili sahəsində (əsasən kənd təsərrüfatı texnikası və ya oxşar sahə);
 - İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
 - Kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;
 - Təhlil fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) orta səviyyədə bilmək;
 - Analitik düşüncə qabiliyyətinə malik olmaq;
 - Müştərilərlə ünsiyyət qurma və müştərilərlə əlaqələrinin idarə olunması üzrə bacarıqlara malik olmaq.
 
Vəzifə öhdəlikləri:
- Müraciətlər əsasında korporativ məhsullar üzrə müraciət edən müştərinin təhlilinin həyata keçirilməsi, ehtiyac olduqda yerində baxış keçirilməsi və onlar barədə rəy verilməsi;
 - Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlanması;
 - Risklərin düzgün qiymətləndirilməsi və ya təminatın kifayət olub-olmamasının yoxlanılması;
 - Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edilməsi;
 - Şöbənin fəaliyyəti üçün zəruri olan məlumatın toplanması və emalında iştirak edilməsi.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108 AZN;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 - Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ məhsulların təhlili üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit və Lizinq məhsulları Bölməsinin Rəhbəri
Son tarix 08 iyn 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment, Marketinq sahələrində);
 - İş təcrübəsi: ən azı 3 il (müvafiq sahədə);
 - Bank, Lizinq və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
 - Dil bilikləri: Azərbaycan dili - səlis, rus dili - əla, ingilis dili – arzuolunandır;
 - MS Office proqramları üzrə biliklər;
 - Ezamiyyətlərə getməyə hazır olmalı;
 - Analitik bacarıqlar;
 - Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları.
 
Vəzifə öhdəlikləri:
- Kredit və Lizinq məhsullarının hazırlanması;
 - Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək;
 - Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq;
 - Məhsullara dair təqdimatların hazırlanması;
 - Məhsulların filiallarda satışını koordinasiya etmək;
 - Müvafiq hesabatların hazırlanması.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 2366-2630 AZN;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 - Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kredit və Lizinq məhsulları Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







