Prior Leasing
Problemli kreditlər üzrə mütəxəssis
Son tarix 22 avq 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Maliyyə, İqtisadiyyat üzrə təhsil üstünlükdür)
- Bank, Lizinq və ya bank olmayan kredit təşkilatında iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ya ingilis dili arzuolunandır;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli,
- Ezamlara hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin (lizinqin) təftişini aparır, onun yaranma səbəbləri barədə təhlillər aparır, bununla bağlı hesabatlar hazırlayır, yığılması yolları və üsulları barədə təkliflər verir;
- Borclunun və ya onun səlahiyyətli nümayəndəsi(lər)i ilə borcun ödənilməsi məsələləri üzrə danışıqların aparılmasını birbaşa icra edir;
- Borcluya yazılı bildirişlərin, tələblərin və digər məktubların göndərilməsini təşkil edir;
- Kredit (lizinq) üçün götürülmüş əmlakı monitorinq edir və ehtiyac olduğu halda onun müvafiq qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilməsini təşkil edir;
- Kredit portfelinin bütövlükdə keyfiyyətinə nəzarət edir. Kredit işçiləri ilə birlikdə problem yaranan və ya keçirilməsi şübhəli bilinən kreditlər üzrə təkrar monitorinq keçirir;
- Problemli kreditlərin (lizinqin) müvafiq sənədlərini hazırlayıb Hüquq şöbəsinə təqdim edir;
- Problemli kreditlərin (lizinqin) idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarını icra edir.
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108AZN+%;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Problemli kreditlər üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə mütəxəssisi
Son tarix 22 avq 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Maliyyə, Mühasibatlıq);
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- MHBS və yerli mühasibat uçotu standartları üzrə zəruri biliklər;
- ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır;
- Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq;
- Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
- Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Büdcənin tərtib edilməsi;
- Aylıq büdcə hesabatının hazırlanması;
- Balans, mənfəət zərər, pul axını hesabatlarının tərtib edilməsi;
- Debitor və kreditorlar üzrə yaşlanma hesabatının tərtib olunması;
- Portfelə dair hesabat, xarici auditorlarla və tənzimləyici orqanlarla iş;
- Açıq valyuta mövqeyi üzrə analizlərin aparılması;
- Hesabatların və mütəmadi olaraq liderlik rəylərinin hazırlanması;
- Keçmiş nəticələrin və variasiyanın təhlili;
- Tendensiyaların müəyyənləşdirilməsi və təkmilləşdirməsi üçün tövsiyələrin verilməsi;
- Trendlərin və proqnozların təhlili və optimallaşdırılması üçün tədbirlərin tövsiyyəsi;
- Dəqiq maliyyə hesabatını təmin etmək üçün Mühasibat və MIS komandası ilə sıx əməkdaşlıq;
- Standart və xüsusi hesabatların, alətlərin və Excel tablosunun yaradılması da daxil olmaqla proses təkmilləşdirmələrinin müəyyən edilməsi və idarəsi;
- Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması;
- Proqnozlar və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200 AZN-1500 (NET)
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30
- Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Kredit və Lizinq məhsulları bölməsinin rəhbəri
Son tarix 22 avq 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Maliyyə, İqtisadiyyat üzrə təhsil üstünlükdür)
- Bank, Lizinq və ya bank olmayan kredit təşkilatında ən az 3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ya ingilis dili əla səviyyədə;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
- Kredit və Lizinq məhsullarının hazırlanması;
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırmasının edilməsi;
- Bazar təlabatının və müştəri istəklərinin təhlil edilməsi və onun əsasında tələblər listinin formalaşdırılması;
- Öz fəaliyyətinə və məhsullara dair qaydaların və təlimatların hazırlanması;
- Biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
- Məhsullara dair təqdimatların hazırlanması;
- Məhsullar üzrə filiallar tərəfindən satılmasını koordinasiya etmək;
- Müvafiq hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim edilməsi;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqinin aparılması;
- Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirilməsi;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
- Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 2366-2630;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kredit və Lizinq məhsulları bölməsinin rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.