Prior Leasing
Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis
Son tarix 19 may 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (Satış, biznesin inkişafı sahəsində arzuolunandır);
 - İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Kənd təsərüffatı texnikalarının satışı üzrə təcrübə üstünlükdür);
 - Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dili arzuolunandır
 - Ms. Office proqramlarını yüksək səviyyədə bilməli.
 
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
 - Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
 - Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
 - Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
 - Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları ilə tanış etdirilməsi;
 - Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
 - Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
 - Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
 - Müştərilər ilə müntəzəm görüşlər aparmaq;
 - Kommersiya təkliflərinin hazırlanması.
 
İş şərtlərimiz:
- Əmək haqqı:1000-1200 AZN;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Satış üzrə koordinator
Son tarix 19 may 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
 - Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
 - Fərdi və komanda şəklində işləmək bacarığı;
 - Vəziyyəti düzgün qimətləndirmək bacarığı;
 - Ünsiyyət yaratmaq, dinləmək, müşahidə və təhlil etmək qabiliyyəti;
 - Outlook, MS Word proqramlarında sərbəst, MS Excel proqramında isə orta səviyyədə iş bacarığı.
 
Vəzifə öhdəlikləri:
- Prosedur üzrə qoyulan vaxt ərzində emal edilməyən “LEAD” və “DEAL”- lər üzrə hesabatlar hazırlamaq;
 - Vaxtında emal edilməyən “LEAD” və “DEAL”- lərin səbəblərin SN, LM və MXM ilə aydınlaşdırmaq və emal edilməsinə təmin etmək; ( Satış Nümayəndəsi, Lizinq Mütəxəssisi, Müştəri Xidmətləri üzrə Mütəxəssis)
 - Vaxtında emal edilməyən “LEAD” və “DEAL”-lərin səbəblərinə görə qruplaşdırmaq və yenidən emal edilib növbəti mərhələlərə keçirilməsi üçün müvafiq işçilərlə koordinasiya etmək;
 - Müvafiq MİS istifadə qaydalarında olunan dəyişiklikləri mənimsəmək və bu barədə SN, LM və MXM ləri məlumatlandırmaq;
 - “LEAD” və “DEAL” lərin emalı ilə bağlı tətbiq edilən son tarixlərə riayət etməyən SN, LM və MXM-lərə korporativ poçt vasitəsi və müvafiq MİS platforması ilə xəbərdarlıqlar göndərmək;
 - Ay ərzində “LEAD” və “DEAL” emalında ləngimələrə yol verən SN, LM və MXM-lər barədə ümumiləşdirilmiş hesabatlar hazırlayıb Şöbə müdirinə təqdim etmək;
 - Uğursuz “LEAD”-lərin bağlanma səbəblərini aydınlaşdırmaq;
 - Təxirə salınmış “LEAD”-ləri yenidən bərpa etmək (qərarsız və ya avtomatik bağlanan və s.);
 - “LEAD” yaranma mənbələrinə nəzarət etmək.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Koordinator” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Partnyorlarla iş üzrə aparıcı mütəxəssis
Son tarix 19 may 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
 - Oxşar sahədə 2 (iki) il iş təcrübəsi;
 - Əla səviyyədə Azərbaycan dili,rus dili biliyi arzuolunandır ;
 - MS Office proqramlarında işləmək;
 - Şəxsi avtomobili (xərclər qarşılanır);
 - Bölgələr üzrə ezamiyyətə açıq olmalıdır.
 
Vəzifə öhdəlikləri:
- Şirkətin partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
 - Potensial müştərilərə məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
 - Şirkətin məhsullarını Partnyorlar üzərindən satışını təşkil və nəzarət etmək;
 - Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi;
 - Məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və lazım olduqu təqdirdə Şirkətin filiallarına yönləndirilməsi;
 - Məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
 - Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması;
 - Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.
 
İş şərtlərimiz:
- Əmək haqqı:1000-1100 AZN;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Partnyorlarla iş üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqəmsal layihələrin idarə olunması bölməsinin rəhbəri
Son tarix 19 may 2023 [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (informasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə alli təhsil) ;
 - Müvafiq sahədə 4 (dörd) il iş təcrübəsi;
 - Xarici dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə - platformalarda işləyə və araşdırma edə biləcək qədər), Rus dili (əla);
 - MS Office proqramında işləmə bacarığı;
 - Task Management sistemləri ilə işləmə bacarığı;
 - Stressə davamlılıq, qoyulan vaxt çərçivəsində çalışmaq bacarığı.
 
Vəzifə öhdəlikləri:
- Vebsaytların dizaynlarında, funksionallığında lazımi dəyişiklikləri qeydə almaq;
 - Veb proqramçıya lazımi dəyişikliklərlə bağlı tapşırıqlar vermək, icrasına nəzarət etmək;
 - Marketinq şöbəsinin müraciətiylə saytda dəyişikliklərin edilməsini təmin etmək;
 - Vebsayt və domenlərin işləməsində və ödənişlərində veb proqramistə dəstək göstərmək;
 - Vebsaytların kontentinin və məhsullar haqda məlumatların tamlığına nəzarət etmək;
 - Vebsayta onlayn ödənişlərin qoşulmasına nəzarət etmək;
 - Vebsaytların konsepti hazırlamaq;
 - Şirkətin CRM sisteminə nəzarət etmək;
 - CRM sisteminin təkmilləşdirilməsi üçün təkliflər vermək;
 - Şirkətin strukturunu CRM sistemində yenilənməsinə nəzarət etmək;
 - Şirkətdaxili faylların sistemdə struktur üzrə yenilənməsini təmin etmək;
 - Şirkətin müvafiq əməkdaşları üçün telefonlara lazımi proqramların yüklənilməsinə nəzarət etmək;
 - Telefonların siyahısını nəzarətdə saxlamaq;
 - Telefonlarla bağlı problemlərin aradan qaldırılması üçün dəstək göstərmək;
 - Şirkətin proseslərinin avtomatlaşdırılmasına nəzarət etmək;
 - Proseslərin asanlaşdırılması üçün təkliflər vermək;
 - CRM sistemində və digər ERP sistemlərdə avtomatlaşdırılmış proseslərin və robotların düzgün işləməsinə nəzarət etmək;
 - Şirkətin terminal və digər xüsusi qurğularında rəqəmsal həllərinin düzgün işləməsinə nəzarət etmək;
 - Yaranan problemləri araşdırılmaq və yönləndirmək.
 
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaqdır
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Layihələrin İdarə Olunması Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







