Prior Leasing
Hüquqşünas
Son tarix 07 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət orqanları və idarələrində təşkilatın mənafeyini qoruyur və müdafiə edir;
- Məhkəmə və hüquq mühafizə orqanlarında təşkilatı təmsil edir;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlayır;
- Mübahisələrin məhkəməyəqədər həllində (mediasiya) iştirak edir;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir;
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət edir və dəstək verir, o cümlədən, icra mərhələsində ərizə və vəsatətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirir;
- İddia ərizələri, vəsatətlər, etirazlar, məhkəmə aktlarından şikayətləri hazırlayır;
- Hüquq mühafizə orqanlarından habelə dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə baxır və onlara qanunvericiliyə uyğun cavablar hazırlayır.
Namizədə dair tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Müvafiq sahədə 3 il korporativ iş təcrübəsi;
- Vəkillər Kollegiyasının üzvü olan namizədlərə üstünlük veriləcək;
- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyətləri;
- MS Office proqramlarında çalışmaq bacarığı;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İş şərtlərimiz:
- 5 günlük iş qrafiki, 08:30 - 17:30;
- Əmək haqqı namizədlərlə müsahibə əsasında müəyyən ediləcək.
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.