Prior Leasing
Brendin İnkişafı üzrə Mütəxəssis
Son tarix 23 iyn 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (İqdisadiyyat,Marketinq,Biznesin İdarəolunması sahəsində üstünlükdür);
- Minimum 1 il iş təcrübəsi(Brend menecment,Avtomobil satışı və ya digər texnikaların satışı,FMCG sahələrində );
- Rəqəmlər, ölçülər və cədvəllər ilə rahat işləmək, analitik bacarıqlar;
- Azərbaycan dili və rus dili biliyi;
- Regionlara ezamiyyətə açıq olmalıdır.
Vəzifə öhdəlikləri:
- Satış təhlilini aparır, məhsulların hədəf seqmentlərini müəyyən edir;
- Potensial müştərilər üçün məhsulların təqdimatını təşkil edir;
- Satış həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsullar sifariş edir;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış fəaliyyətini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
- Brendlərin inkişafı üçün yeni təkliflər irəli sürür.
İş şərtlərimiz:
- Əmək haqqı: 970 – 1108 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brendin inkişafı üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.