Prior Leasing
Satış nümayəndəsi (Abşeron, Şirvan- Hacıqabul, Qobustan-Şamaxı zonaları üzrə)
Son tarix 14 okt 2022 - [email protected]
Namizədə dair tələblər:
- Fərdi və komanda şəklində işləmək;
- Vəziyyəti düzgün qimətləndirmək;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
- Sürücülük bacarığı.
- Operativlik;
- Məsuliyyətlilik və diqqətçillik;
- Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
- Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
- Express məhsulların satışını həyata keçirmək;
- Real müştərilərin lizinq ilə bağlı müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara lizinq alınması prosesi barədə ətraflı məlumat vermək;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
- Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
- Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatın etmək;
- Texniki nəzarət xidmətindən müvafiq sənədləri təhvil almaq;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirmək;
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
- Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim etmək;
- Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
- Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq.
İş şərtlərimiz:
- 5 günlük iş qrafiki, 08:30 - 17:30;
- Əmək haqqı: 400 AZN + aylıq bonus;
- Əlavə: Yanacaq və nəqliyyat xərcləri;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi ” və müvafiq regionu qeyd edərək göndərmələri xahiş olunur.
Marketinq Mütəxəssisi
Son tarix 14 okt 2022 - [email protected]
Namizədə dair tələblər:
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
- Marketinq layihə plan və büdcənin hazırlanması;
- Marketinq layihələri üzrə print və promo materialların təmin edilməsi;
- Outdoor və İndoor reklamların yerləşdirilməsi;
- Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflərin hazırlanması;
- Layihələr üzrə tədbirlərin təşkili;
- Layihələr üzrə kampaniyaların təşkili və nəticələrin ölçülməsi;
İş şərtlərimiz:
- 5 günlük iş qrafiki, 08:30 - 17:30;
- Əmək haqqı: 1000-1200 AZN;
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.