Satış üzrə koordinator
Son tarix 19 may 2024 - [email protected]
Namizədə olan tələblər:
-
Ali təhsil;
-
Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
-
Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində 2 il iş təcrübəsi olmalı;
-
Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
Vəzifə öhdəlikləri:
-
Prosedur üzrə qoyulan vaxt ərzində emal edilməyən “LEAD” və “DEAL”- lər üzrə hesabatların hazırlanması;
-
Vaxtında emal edilməyən “LEAD” və “DEAL”- lərin səbəblərin SN, LM və MXM ilə aydınlaşdırması və emal edilməsinin təmin edilməsi( Satış Nümayəndəsi, Lizinq Mütəxəssisi, Müştəri Xidmətləri üzrə Mütəxəssis);
-
Vaxtında emal edilməyən “LEAD” və “DEAL”-lərin səbəblərinə görə qruplaşdırması və yenidən emal edilib növbəti mərhələlərə keçirilməsi üçün müvafiq işçilərlə koordinasiya edilməsi;
-
Müvafiq MİS istifadə qaydalarında olunan dəyişiklikləri mənimsənilməsi və bu barədə SN, LM və MXM lərin məlumatlandırılması;
-
“LEAD” və “DEAL” lərin emalı ilə bağlı tətbiq edilən son tarixlərə riayət etməyən SN, LM və MXM-lərə korporativ poçt vasitəsi və müvafiq MİS platforması ilə xəbərdarlıqların göndərilməsi;
-
Ay ərzində “LEAD” və “DEAL” emalında ləngimələrə yol verən SN, LM və MXM-lər barədə ümumiləşdirilmiş hesabatların hazırlanması və Şöbə müdirinə təqdim edilməsi;
-
Uğursuz “LEAD”-lərin bağlanma səbəblərinin aydınlaşdırılması;
-
Təxirə salınmış “LEAD”-lərin yenidən bərpa edilməsi (qərarsız və ya avtomatik bağlanan və s.);
-
“LEAD” yaranma mənbələrinə nəzarət edilməsi.
İş şərtlərimiz:
-
Əmək haqqı: 637-731 AZN;
-
İş qrafiki: Tam iş günü (5 gün);
-
İş saatları: 08:30-17:30;
-
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə koordinator” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Lizinq mütəxəssisi (Bakı, Quba, Cəlilabad, Şəki, Şəmkir-Ağstafa, Gəncə, İmişli, Bərdə, Ucar, Salyan)
Son tarix 19 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 2 il iş təcrübəsi;
- İşdə düzgünlük və operativlik;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və diqqətlilik;
- Şəffaflıq və davranış qaydalarına riayət etmək;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Sənədlərlə düzgün işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Müştəri ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
- Təhlil olunan işləri MİS üzrə memorandum mərhələsinə keçirmək;
- Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
- Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
- Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə imzalatmaq;
- CRM üzərindən müvafiq qeydlər aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
- Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
- Təkrar müştərilərə səfərlər edib müştər üçün maraqlı olan məhsulların təqdimatını etmək;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin monitorinqini aparmaq;
- Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirmək.
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
- Rəhbərliyə müvafiq hesabatları vaxtı vaxtında təqdim etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00.
- Ünvan:Bakı,Quba,Cəlilabad,Şəki,Şəmkir-Ağstafa, Gəncə,İmişli,Bərdə,Ucar,Salyan
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Lizinq mütəxəssisi
Son tarix 18 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank/BOKT sektorunda 2 il iş təcrübəsi;
- Azərbaycan, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
- Şəxsi avtomobil üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Müştəri ilə görüş təşkil edir və mövcud biznesin maliyyə təhlilini aparır;
- Təhlil olunan işlərin MİS üzrə memorandum mərhələsinə keçirir;
- Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirir;
- Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatların sənədlərlə üzləşdirib GNİ sisteminin 1203/22201 ekranlarında yoxlayır;
- Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini verir, sənədləri imza üçün çap edib müştəriyə imzalatdırır;
- Müvafiq sənədləri CRM üzərindən müştəri Deal-na yükləyir (avadanlıq və texnikaya məxsus birka, moto saat, foto; ödəniş tapşırıqlarının sürtləri; müştəriyə aid vəsiqə, vöen, bank rekviziti);
- CRM üzərindən müvafiq qeydlər aparır, aidiyyati üzrə sifariş verir (qiymətləndirmə və sığorta);
- Texnikaların təhvil - təslim aktı və buraxılışını sifariş verir, müştəri dosyesini çek list əsasında hazırlayıb poçt vasitəsi ilə baş ofisə göndərir və qəbzi müştəri Deal-ına yükləyir;
- Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət edir və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparır;
- Təkrar müştərilərə səfərlər edib müştər üçün maraqlı olan məhsulların təqdimatını edir;
- Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak edir;
- Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim edir;
- Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparır;
- Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirir.
- Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirir;
- Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim edir.
İş şərtlərimiz:
- Əmək haqqı: 700 AZN+ bonus;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Mühasib
Son tarix 19 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və müvafiq sahələrdə);
- Sahə üzrə 1-3 il iş təcrübəsi.
- Azərbaycan dili səlis;
- MS Excel, Word proqramlarında yaxşı işləməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- Gəlir xərc əməliyyatlarının icrası;
- E qaimə fakturaların tərtibatı;
- Təhtəl hesab şəxslərlə iş;
- Malların anbara mədaxili;
- Maya dəyərinin hesablanması;
- Anbarların İnventarizasiyasının təşkili;
- Digər tapşırıqların icrası.
İş şərtlərimiz:
- Əmək haqqı: 842 – 970AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Partnyorlarla iş üzrə mütəxəssis
Son tarix 19 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
- Satış və Partnyor şəbəkəsi ilə iş təcrübəsi olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli;
- Ezamiyyətlərə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və partnyor ola biləcək müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə şirkətin məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və lazım gəldiyi təqdirdə şirkətin filiallarına yönləndirilməsi;
- Şirkətin məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsi ilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması;
- Mövcud partnyorlarla əlaqələrin möhkəmləndirilməsi, satışlara nəzarət və partnyorlar üzrə satış həcminin artırılması;
- Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi;
- Partnyorların tələblərini nəzərə alaraq şirkətin məhsullarının təklif edilməsi, şərtləri və təminatı haqqında məlumatların verilməsi;
- Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Partnyorlarla iş üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.