Prime Logistics
Baş mühasib
Son tarix 20 iyl 2024 - [email protected]
İş barədə məlumat:
- DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
- Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
- Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
- Maliyyə aktivlərinin idarə olunması
- Vergi risklərinin hesablanması
- Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
- Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
- Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
- Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
- Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Qeyd edilən sahədə ən az 4 il iş təcrübəsi;
- Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
- 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
- Dil bilikləri: azərbaycan dili - əla, rus və ingilis dili üzrə danışıq səviyyəsində biliklər arzuolunandır;
- Vergi, Əmək və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
- Peşəkar Mühasib Sertifikatının olması vacibdir.
İş qrafiki: 5 günlük,
İstirahət günləri: şənbə və bazar;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/32, Turan Biznes Mərkəzi (GPS - 40.4110613,49.8600953).
Əmək haqqı: 1300-1500 AZN.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində "Baş Mühasib" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.