Prime Leasing MMC
Hesabatlıq və Data Analitika üzrə kiçik mütəxəssis
Son tarix 05 iyn 2026 - [email protected]
İş yeri: Bakı, Ə.Quliyev 11/31,Babək Plaza
Vəzifə öhdəlikləri:
- Proqram tətbiqindən əldə edilən dataların müəyyən hesabat formatlarına uyğunlaşdırılması;
- Müvafiq əməliyyatların daxili proqramda və ya lizinq təşkilatının sistemində dəqiq icra olunması;
- Excel və digər alətlər vasitəsilə dashboard və vizuallaşdırmaların hazırlanması;
- Gündəlik, aylıq və rüblük hesabatların hazırlanaraq rəhbərliyə çatdırılması;
- Yeni analitik yanaşmaların işlənib hazırlanması və bu sahədə təkliflərin irəli sürülməsi;
- Məlumat massivlərinin mütəmadi təhlili vasitəsilə mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi;
- Biznes proseslər üzrə göstəricilərin (KPI) izlənməsi
- Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznes, Menecment və ya oxşar sahələr)
- Məlumatlarla işləməyə yüksək diqqət və məsuliyyət
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı
- Excel proqramında güclü analitik və data işləmə bacarıqları
- Data analitika sahəsində minimum 1 il təcrübə üstünlükdür. (və ya təcrübə proqramları,təlimlər )
- Azərbaycan dili – səlis, rus və ya ingilis dili üstünlükdür
- Ünsiyyət və təqdimat bacarıqları
Üstünlüklər:
- Stabil və inkişaf edən şirkətdə karyera imkanı
- Korporativ mühit və dəstək
- Rəqabətli əmək haqqı
Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını yazaraq göndərə bilərlər.















