Prime Cotton
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (İplik istehsalı)
Son tarix 16 may 2026 - Müraciət et
Təsvir
- Xammalın qəbulunu, lotlama prosesini və ilkin keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək.
- Mahlıc kiplərindən götürülən nümunələrin laborator analizlərinin təşkili və nəticələrinə nəzarət etmək.
- Kiplərin açılması, didilməsi, təmizləmə və qarışdırılma mərhələlərində texnoloji parametrlərin keyfiyyət tələblərinə uyğunluğunu izləmək.
- Daranma, paralelləşmə və əyrici mərhələlərində yarımfabrikat və ipliyin keyfiyyət göstəricilərini (bərabərlik, qüsur, möhkəmlik və s.) yoxlamaq.
- Fiksaj və qablaşdırma mərhələlərində hazır məhsulun müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək.
- Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq vizual müayinə və laborator analizlər aparmaq.
- Uyğunsuzluqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması ilə bağlı təkliflər vermək.
- Analiz nəticələrini təhlil etmək, müvafiq qeydiyyat və hesabat sənədlərini aparmaq.
- Ölçmə və laborator avadanlıqlarının düzgün istismarı və texniki vəziyyətinə nəzarət etmək.
- Şirkətin daxili prosedurlarına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.
Tələblər
- Tekstil mühəndisliyi, texnologiya, kimya mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.
- İplik istehsalı və ya tekstil sənayesində minimum 1–2 il iş təcrübəsi.
- Tekstil xammalının və ipliyin keyfiyyət göstəriciləri, təsnifat meyarları və texnoloji proseslər üzrə biliklər.
- Laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı.
- ISO 9001 və digər keyfiyyət idarəetmə standartları barədə məlumatlılıq.
- MS Office proqramları ilə işləmə bacarığı.
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.
- Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














