Prime Cotton
Daxili nəzarət üzrə baş mütəxəssis
Son tarix 25 yan 2026 -
Təsvir
- Şirkətin əsas daxili nəzarət mexanizmlərini yoxlamaq və sınaqdan keçirmək;
- Proses və əməliyyatlarda mövcud nəzarət çatışmazlıqlarını müəyyənləşdirmək və nəzarət mexanizmlərinin gücləndirilməsi üçün tövsiyələr hazırlamaq;
- Nəzarət pozuntuları ilə bağlı hədəfli daxili araşdırmalar aparmaq;
- Daxili qayda və siyasətlərin pozuntularının səbəblərini araşdırmaq;
- Şübhəli hallarla bağlı rəhbərliyə məlumat vermək, müvafiq bölmələrin fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat hazırlamaq;
- Mənimsəmə, saxtakarlıq və korrupsiya risklərinin azaldılması üçün tədbirlərin həyata keçirilməsi və aidiyyəti biznes vahidləri qarşısında tövsiyələr vermək;
- Daxili audit tapıntılarının izlənməsini təmin etmək;
- Dövri sayımlar və təftişlərin aparılmasında iştirak etmək;
- Birbaşa rəhbərin digər şifahi və yazılı tapşırıqlarını icra etmək.
Tələblər
- İqtisadiyyat, Maliyyə və ya Hüquq üzrə ali təhsil;
- Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində 1-3 il iş təcrübəsi;
- Sahə üzrə arzu olunan sertifikatlar (CIA, CFE, ACCA və s.);
- Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
- Rus və ingilis dilləri arzu olunandır.;
- Microsoft Office və digər proqramlar;
- Biznes proseslərin təşkili və strukturu üzrə biliklər;
- Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş nəzəri və praktiki biliklər;
- Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
- Ölkədaxili ezamiyyət etmək imkanı;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











