Prime Cotton
Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)
Son tarix 25 dek 2025 -
Təsvir:
- Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq yoxlamaların aparılması, tələb olunan sənədlərin doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
- Daxil olan mal-materialın tələblərə uyğunluğunun və tamlığının (xarici zədələrin) yoxlanılması və rəy bildirilməsi;
- Mal-materialın və hazır məhsulun anbarlarda saxlanması prosedurunun tələblərinə riayət olunmasının yoxlanılması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Fəaliyyətindən irəli gələn yerli qanunvericiliyin, Cəmiyyətin təsdiq etdiyi siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı birbaşa rəhbərinə mütəmadi olaraq aylıq hesabatların hazırlanıb təqdim edilməsi;
- İş prosesindən irəli gələn zərurət nəticəsində verilən konkret tapşırıq və göstərişlərin yerinə yetirilməsi;
- Müəyyən edilmiş zaman aralığında təsdiq etdiyi müşahidə/nəzarət yoxlamalarının aparılması, müvafiq formaların doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
- Regionlarda olan filialların keyfiyyətə nəzarət üzrə mütəxəssislərinin və laboratoriya əməkdaşlarının işinə nəzarət edilməsi;
- Cəmiyyətdə qəbul olunmuş qayda və prosedurlara riayət edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə sertifikatların olması üstünlük sayılır;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dillərini bilmək arzu olunandır);
- NOP, GOTS və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiə normaları və qaydaları barədə məlumatlılıq;
- Kənd təsərrüfatı məhsullarının becərilməsi qaydaları və KTN üzrə hüquqi normativlər barədə məlumatlılıq;
- Giriş nəzarəti qaydaları barədə məlumatlılıq;
- Vizual müayinə və laboratoriya sınaqları üzrə qaydalar barədə məlumatlılıq;
- Görülən işlərin sənədləşdirilməsi metodika və qaydaları üzrə biliklər;
- Ölçü cihazlarından istifadə bacarığı;
- MS Office (Word, Excel, PowerPoint), MS Visio proqramları ilə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Qərar qəbul etmək və məsuliyyət götürmək bacarığı;
- Dəqiqlik və detallara diqqət;
- Yüksək səviyyədə aktiv dinləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı;
- Təqdimat bacarıqları.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 5-8 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










