Prime Cotton
Müqavilələr üzrə aparıcı hüquqşünas
Son tarix 22 noy 2025 - Müraciət et
Təsvir
- Müxtəlif növ müqavilələrin, müqavilələrə əlavələrin və dəyişikliklərin hazırlanmasını təmin etmək, onların hüquqi ekspertizasını aparmaq, vizalanmasını və müvafiq reyestrdə qeydiyyatını həyata keçirmək
- Qeyri-rezidentlərlə idxal və ixrac müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, müvafiq qanunvericiliyə və beynəlxalq tələblərə uyğunluğunu yoxlamaq
- Müqavilələrin bağlanması prosesində aktiv iştirak etmək, bunun üçün tələb olunan sənədlərin toplanmasını, hazırlanmasını və vaxtında təqdim olunmasını təşkil etmək
- Müqavilə tərəfləri ilə münasibətlərin hüquqi çərçivədə aparılmasını təmin etmək, zəruri hallarda hüquqi məsləhət və dəstək göstərmək
- Müqavilə tərəfləri arasında mübahisələr yarandıqda danışıqlarda iştirak etmək, pretenziya məktubları, reklamasiya aktları və digər hüquqi sənədlərin hazırlanmasını təmin etmək
- Müqavilə öhdəliklərinin icrasına nəzarət etmək, müqavilələrin müddətinə, şərtlərinə və tərəflərin hüquq və vəzifələrinə riayət olunmasını izləmək
- Müqavilələrlə bağlı hüquqi risklərin müəyyənləşdirilməsi, onların azaldılması üçün tövsiyələrin hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Müvafiq qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, müqavilə şərtlərinin aktuallığını təmin etmək və zəruri hallarda yenilənməsini təşkil etmək
Tələblər
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
- Korporativ hüquq sahəsində ən azı 3–4 il iş təcrübəsi, xüsusilə son 3 il ərzində müqavilələrin rəsmiləşdirilməsi sahəsində təcrübə
- Mülki, vergi və gömrük qanunvericiliyini, həmçinin “Incoterms” və digər beynəlxalq xüsusi/ümumi hüquq normalarını dərindən bilmək
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək
- Kompüter bacarıqları: MS Office proqramları üzrə mükəmməl biliklər (1C proqramında işləmək bacarığı üstünlük hesab olunur)
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.