Prime Cotton
Hüquq Şöbəsinin Rəhbəri
Son tarix 04 okt 2025 - Müraciət et
Təsvir
Müqavilə və Hüquqi Sənədlər
- Şirkət üzrə bütün müqavilələrin hüquqi baxışının həyata keçirilməsi və risk qiymətləndirilməsi
- Kommersiya və əməliyyat müqavilələrinin layihələndirilməsi, hüquqi risklərin qiymətləndirilməsi
- Tərəfdaşlarla (təchizatçılar, icarədarlar, müştərilər) hüquqi danışıqların aparılması
- Hüquqi sənədlərin şablonlaşdırılması və müqavilə dövriyyəsinin idarə olunması (contract lifecycle)
Korporativ Hüquq və İdarəçilik
- Şirkətin təsis sənədlərinin, lisenziyaların və qeydiyyat sənədlərinin idarə edilməsi
- İdarə Heyəti və digər korporativ orqanların qərarlarının hüquqi baxımdan dəstəklənməsi
- Qanunvericiliyin dəyişikliklərinə uyğun sənədləşmə və fəaliyyətin tənzimlənməsi
- Şirkətin tərəf olduğu bütün məhkəmə proseslərini koordinasiya etmək və nəticələrini təhlil etmək
Risklərin İdarə Edilməsi və Hüquqi Uyğunluq
- Hüquqi risklərin qiymətləndirilməsi və qarşısının alınması planlarının hazırlanması
- Daxili siyasət və prosedurların hüquqi uyğunluğuna nəzarət
- Əmək, vergi, ətraf mühit və təhlükəsizlik qanunvericiliyi üzrə uyğunluq monitorinqi
Məhkəmə və İddiaların İdarə Edilməsi
- Şirkət adından məhkəmələrdə iştirak və hüquqi müdafiənin təşkili
- Borcların hüquqi yolla bərpası və mülki/kommersiya mübahisələrinin idarə olunması
- Mübahisəli hallarda hüquqi tədbirlərin müəyyən edilməsi və icrası üçün təkliflər hazırlamaq
- Xarici hüquq şirkətləri və məsləhətçilərlə əlaqə
Daxili Hüquqi Məsləhət və Maarifləndirmə
- Şirkətin bütün departamentlərinə hüquqi məsləhətlərin verilməsi
- Hüquq maarifləndirilməsi və etik davranış üzrə təlimlərin təşkili
- İşçilər üçün hüquqi qaydalar və məxfilik prinsipləri üzrə məlumatlandırma
Əlavə: Bütün hesabatlar Baş İnzibati direktora (CAO) verilir.
Tələblər
- Hüquq sahəsində ali təhsil (bakalavr mütləq, magistr dərəcəsi arzuolunandır);
- Hüquq sahəsində ixtisasartırma və ya peşəkar təlimlər üstünlükdür;
- Minimum 7 il hüquqi təcrübə (korporativ hüquq sahəsində üstünlük);
- Aqrar və ya istehsalat sahəsində hüquqi fəaliyyət üstünlükdür;
- Mülki, inzibati, cinayət və vergi qanunverciliyi bilmək;
- Daşınmaz əmlak hüququ, subsidiya mexanizmləri və törəmə şirkətlərlə hüquqi münasibətlər;
- Beynəlxalq ticarət müqavilələri ilə iş təcrübəsi üstünlük;
- Hüquqi yazışma və danışıqlar bacarığı;
- Müstəqil qərarvermə, etika, məxfilik və məsuliyyətlilik;
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq və yazışma bacarığı;
- Microsoft Office və hüquqi sənəd dövriyyə sistemlərində təcrübə;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.