PRİME Accessories Mağazalar Şəbəkəsi
Mağaza Rəhbəri
Son tarix 08 iyn 2023 -
İş barədə məlumat:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etməsi;
- Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etməsi;
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq vəzifədə ən azı 3 il təcrübə;
- Səlis Azərbaycan və Rus dili, İngilis dili biliyi arzu olunandır;
- Kompüter bilikləri (MS Office)
- 1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- İşgüzar davranış etikası;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonuslar.
- Rəqabət qabiliyyətli əmək haqqı.
Maraqlanan namizədlərdən CV-lərini “Mağaza Rəhbəri” başlığı ilə mail adresinə göndərməkləri xahiş olunur.