Premium Mining
Nəqliyyat şöbəsinin rəisi
Son tarix 29 apr 2024 - [email protected]
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
İş yeri: Qaradağ rayonu, Ümid qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması
 - Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
 - Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
 - Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
 - Nəqliyyat vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasına nəzarət etmək;
 - Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət etmək;
 - Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət etmək;
 - Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi
 - Cəmiyyətin nəqliyyat vasitələrinin təmirinin təşkil edilməsinə nəzarət etmək;
 - Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək;
 - Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
 - Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək;
 - Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək
 - Sürücülərin xəttə çıxmazdan əvvəl etibarnamələri hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək;
 - Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarının qeyd edilməsinə nəzarət etmək;
 - Yanacaq sərfi haqqında hesabatları hazırlanmasına nəzarət etmək;
 - Anbardan alınan ehtiyyat hissələrin uçotunun aparılmasına nəzarət etmək;
 
Namizədə olan tələblər:
- Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
 - Ali təhsil.
 
İş şəraiti:
- 6 günlük iş norması
 - Nəqliyyat ilə təmin olunma;
 - Nahar ilə təmin olunma;
 
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (“Nəqliyyat şöbəsinin rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







