Premium Mining
Tikintidə keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 18 may 2023 - [email protected]
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
Vəzifə öhdəlikləri:
- Layihə üçün alınan bütün materialların/avadanlığın təsdiq edilmiş müqaviləyə uyğun olduğunu, müvafiq qaydada işləndiyini, saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək;
- Sahədə material, tikinti/quraşdırma işləri üzrə xüsusi yoxlamalar aparmaq;
- Armaturlanma, qəlib, betonlama işlərinin keyfiyyətinin yoxlamaq;
- Yol tikintisi işlərinin keyfiyyətini yoxlamaq;
- Bütün Keyfiyyət Sənədlərini hazırlamaq: Metod Bəyanatlar, Layihənin keyfiyyət planı, Yoxlama nəzarət planları və s.;
- Sahə təftişlərinin təşkili və təftiş üçün bildirişləri yazmaq;
- Bütün fəaliyyətlərin Metod Bəyanatlara və Yoxlama nəzarət planlarına uyğun olduğuna nəzarət etmək və əmin olmaq.
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
Namizədə olan tələblər:
- Ali təhsil və müvafiq sertifikatlar olmalı
- İngilis dili yüksək səviyyədə (həm yazılı, həm şifahi)
- Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Nəqliyyat ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (“Tikintidə keyfiyyətə nəzarət üzrə mütəxəssis” başlığı ilə) göndərməyini xahiş edirik.