Premium Bank
Marketinq və Rəqəmsal Bankçılıq Departamentinin “Marketinq və PR şöbəsi” Mütəxəssis / Aparıcı mütəxəssis
Son tarix 06 dek 2025 -
Marketinq və Rəqəmsal Bankçılıq Departamentinin “Marketinq və PR şöbəsi” Mütəxəssis / Aparıcı mütəxəssis
İşin təsviri:
- Bankın məhsul və xidmətlərinin bazar tələblərinə uyğun inkişaf etdirilməsi;
- Bazar araşdırması, rəqiblərin təhlili və kampaniyaların effektivliyinin ölçülməsi;
- Brend strategiyasına əsasən kontent planının hazırlanması və icrası;
- Sosial media, veb-sayt, e-mail və reklam platformaları üçün kontent yaradılması;
- SEO prinsiplərinə uyğun məqalə və rəqəmsal məzmunun hazırlanması;
- Partnyor şirkətlərlə əməkdaşlıq və ortaq marketinq layihələrinin həyata keçirilməsi;
- Yeni partnyorların cəlbi, danışıqların aparılması və sənədləşmənin təşkili;
- Satış və marketinq göstəriciləri üzrə aylıq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq və ya iqtisadiyyat sahəsində);
- Marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili arzuolunandır);
- Sosial media və rəqəmsal kommunikasiya alətləri üzrə biliklər;
- SEO, kontent və brend kommunikasiya prinsipləri ilə tanışlıq;
- Analitik düşüncə, məsuliyyət və təşəbbüskarlıq bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Marketinq və Rəqəmsal bankçılıq departamentinin Marketinq və PR şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













