Premium Bank
Hüquq departamentinin aparıcı hüquqşünas
Son tarix 04 dek 2025 - [email protected]
“Premium Bank” ASC Hüquq departamentinin aparıcı hüquqşünas vakansiyasını elan edir.
İşin təsviri:
- Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması;
- İdarə Heyətinin protokollarının hazırlanması və uçotun aparılması;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Hüquq departamentinə daxil olan sorğuların cavablandırılması və görülmüş işlərin uçotunun aparılması.
Namizədə dair tələblər:
- Ali hüquqi təhsilinin olması:
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübənin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Daxili nəzarət şöbəsi Aparıcı / Baş mütəxəssisi
Son tarix 04 dek 2025 - [email protected]
“Premium Bank” ASC Daxili nəzarət şöbəsi Aparıcı / Baş mütəxəssisi vakansiyasını elan edir.
İşin təsviri:
- Satınalma, Bankın xərclərinin sənədləşməsinə və müxabirləşməsinə nəzarət;
- Debitor və kreditorlarla işin təşkilinə nəzarət;
- VISA, MASTERCARD, Azerikard və ölkədaxili ödəniş sistemləri tərəfindən təqdim edilən invoysların araşdırılması və hesablaşmalara nəzarət;
- Plastik kartlar, bankomatlar və ödəniş terminalları ilə icra edilən əməliyyatların monitorinqinin həyata keçirilməsi, şübhəli əməliyyatların aşkarlanması;
- Ödəniş sistemləri sahəsində qanun pozuntusu (dələduzluq, sui istifadə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
- Proses və əməliyyatlar üzrə nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Nəzarət mexanizminin gücləndirilməsi üçün yeni alətlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Ödəniş sistemlərinə aid onlayn portallar vasitəsilə fraud ehtimalı olan əməliyyatlarla bağlı işin təşkili;
- Partnyorlara təqdim olunmuş terminalların bankın daxili prosedurlarına uyğun verilməsini, təyin olunmuş tarif, fəaliyyət kodunun düzgünlüyünün yoxlanılması üçün aidiyyəti struktur tərəfindən yerində monitorinqin aparılmasına nəzarət etmək;
- Fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə nəzarət prosesinin gücləndirilməsi istiqamətində yeni alət və mexanizmlərin hazırlanması və tətbiqində iştirak etmək
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sahəsində 3 il iş təcrübəsi tələb olunandır (Maliyyə, daxili nəzarət, audit və ya plastik kart sahəsində minimum 2 ildən artıq iş təcrübəsi olan namizədlər dəyərləndiriləcəkdir);
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
- Kart və kart əməliyyatları barədə bilikli olmaq;
- Rəqəmsal ödənişlər üzrə ödəniş sistemlərinin qayda və tələblərinə uyğunluğun yoxlanılması bacarığına malik olmaq;
- Rəqəmsal ödənişlər üzrə ölkə qanunvericiliyinin və ödəniş sistemlərinin qayda və tələbləri barədə məlumatlı olmaq;
- Ən çox yayılmış fraud halları barədə məlumatlı olmaq və qarşısının alınması istiqamətində atılmalı addımları müəyyənləşdirməyi bacarmaq;
- Yaxşı səviyyədə MS Excel biliyinə malik olmaq;
- Təhlil etmə və risk faktorlarını aşkarlama bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Daxili nəzarət şöbəsinin Aparıcı / Baş mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əməliyyat sahəsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis (Bakı şəhərində yerləşən filial üzrə)
Son tarix 04 dek 2025 - [email protected]
“Premium Bank” ASC, Əməliyyat sahəsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə).
İşin təsviri:
- Hüquqi və fiziki şəxs müştərilərinə bank xidmətlərini təqdim etmək;
- Müvafiq bank hesablarının açılması və ya bağlanması;
- Plastik kartlarla bağlı müraciətlərin qəbulu və sifarişi;
- Sürətli pul köçürmə sistemləri vasitəsilə sifarişlərin icrası;
- Müştərilərin hesab qalıqları barədə arayışların təqdim edilməsi;
- Vergi, DSMF və məhkəmə sərəncamlarının icra edilməsi;
- Gün ərizəndə icra edilmiş əməliyyat sənədlərinin toplanması və aidiyyəti üzrə təhvil verilməsi.
Namizədə dair tələblər:
- Ali (iqtisadi) təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə bilikli olmaq;
- Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti, İngilis dili arzuolunandır;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Son tarix 04 dek 2025 [email protected]
“Premium Bank” ASC Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vakansiyasını elan edir.
İşin təsviri:
- Bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı işləri aparır, təkliflər verir və prosesə nəzarət və monitorinqin həyata keçirilməsində iştirak edir;
- Bazar və likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirilməsində (statistik əsas ölçmə metodları, reqressiya analizləri, riskə məruz dəyər, risk altında olan dəyər, həssaslıq analizi, ssenari analizi və s.) təkliflər verir və prosesdə iştirak edir;
- Stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsində iştirak edir;
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsini təmin edir;
- Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün risk limitlərinin müəyyən edilməsində təkliflər verir və iştirak edir;
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edir;
- LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və “gap duration” kimi təhlillərin aparılmasını təmin edir;
- Bazar və likvidlik riskləri daxili siyasətlərə və requlyativ tələblərə uyğun risk hesabatlarının hazırlanmasını təmin edir;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra edir.
Namizədə dair tələblər:
- Maliyyə, İqtisadiyyat və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili;
- Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi;
- Qiymətli kağızların dəyər qiymətləndirilməsi, reqressiya analizlərinin aparılması üzrə biliklər;
- MSOffice üzrə yüksək bacarıqlar;
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
- Eviews, SQL və ya Pythonda işləmək bacarığı;
- CFA , FRM (L1), ACCA sertifikatları olan namizədlərə üstünlük verilir;
- Məsuliyyətli, öyrənməyə istəkli olmaq;
- Araşdırma bacarıqları;
- Komanda mühitində effektiv işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Bazar və Likvidlik risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













