Premium Bank
Daxili Audit Şöbəsində - Aparıcı / Baş mütəxəssis
Son tarix 16 sen 2025 - [email protected]
“Premium Bank” ASC Daxili Audit Şöbəsində “Aparıcı / Baş mütəxəssis” vakansiyasını elan edir.
İşin təsviri:
- Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Yoxlanılan sahə üzrə ehtimal olunan riskləri müəyyənləşdirmək, işin effektivliyinin artırılması istiqamətində müvafiq təklif və tövsiyələr vermək;
- Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək və qiymətləndirmək;
- Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyi və etibarlığını qiymətləndirmək;
- İş prosesi ilə bağlı müvafiq hesabatlar hazırlamaq;
- Tədbirlər planının və audit tövsiyələrinin icra vəziyyətini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək:
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/iqtisadiyyat və ya hüquq sahəsi üzrə təhsil arzu olunandır);
- Ən azı 1 ili audit, maliyyə və ya risklərin idarə edilməsi sahəsində olmaqla, 2 illik bank təcrübəsi;
- Mərkəzi Bankın qaydaları və bank fəaliyyəti ilə bağlı qanunvericilik üzrə biliklərə sahib olmaq;
- Prosesslər üzrə riskləri, fırıldaqçılıq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl olmalı, rus və ingilis dili bilikləri arzu olunandır;
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığına sahib olmalıdır (Power BI, SQL kimi proqramlarla işləmək bacarıqları arzu olunandır).
- Qeyd olunan sahə üzrə beynəlxalq sertifikat(lar)a sahib namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Daxili Audit Şöbəsində “Aparıcı / Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.
Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin Mütəxəssisi
Son tarix 16 sen 2025 - [email protected]
“Premium Bank” ASC Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin “Mütəxəssisi” vakansiyasını elan edir.
İşin təsviri:
- Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğunun yoxlanılması;
- Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi, daxili risk reytinqinin hesablanması;
- Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;
- Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
- Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
- Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
- Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
- Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın, kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılması;
- Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
- Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
- Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması;
- Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
- Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması.
Namizədə dair tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;
- Ən azı 1 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
- Azərbaycan dili biliyi əla, Rus və ya İngilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.