Premium Bank
Maliyyə institutları ilə əlaqələr bölməsinin mütəxəssisi
Son tarix 24 fev 2024 [email protected]
İşin təsviri:
- Müxbir banklarla departament və bankın fəaliyyətinə uyğun yazışmaların və danışıqların aparılması;
- Yeni yerli və xarici banklarla əlaqələrin qurulması məqsədilə yazışmaların və danışıqların aparılması, sənədlərin hazırlanması və göndərilməsi;
- Müxbir banklarla iş üzrə tələb olunan sənədləşmə işlərinin aparılması;
- Beynəlxalq qarantiya və akkreditivlər üzrə Kredit departamentindən daxil olan sənədlərin müxbir banklarla razılaşdırılması və Swift mesajların hazırlanması.
Namizədə dair tələblər:
- İqtisadiyyat, maliyyə və beynəlxalq əlaqələr sahəsində ali təhsili olmalıdır;
- Ən azı 1 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
- Azərbaycan və İngilis dilləri səlis, rus dili arzuolunandır.
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 29.02.2024 tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Bazar əməliyyatları şöbəsinin Maliyyə institutları ilə əlaqələr bölməsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.
Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin aparıcı/baş mütəxəssisi
Son tarix 24 fev 2024 [email protected]
İşin təsviri:
- Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğun yoxlanılması;
- Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;
- Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;
- Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
- Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
- Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
- Bankın qeyri-işlək kreditlərinin idarə edilməsinin səmərəliliyinin monitorinqi;
- Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
- Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğun yoxlanılması;
- Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
- Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
- Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması, hesabat sisteminin yaradılması;
- Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
- Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması;
Namizədə dair tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır(arzuolunandır);
- Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
- Azərbaycan (zəruri), Rus və ya İngilis dili (arzuolunandır).
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 23.02.2024-cü il tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Kredıtlərin anderaytinqi və monitorinqi şöbəsinin aparıcı/baş mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.