Premium Bank
Marketinq üzrə Aparıcı/Baş Mütəxəssis (Data əsaslı)
Son tarix 07 fev 2024 - [email protected]
İşin təsviri:
- Müvafiq məhsul və xidmətlərlərin təkmilləşdirilməsi üçün mütəmadi bazar araşdırması (rəqib analizi) aparılması;
- Statistikaların izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün təkliflər irəli sürmək;
- Sosial Media Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Sosial Media platformaları üçün kontent təkliflərinin irəli sürülməsi;
- Çöl reklamları üçün vizual konsepsiyaların yaradılmasında iştirak;
- Marketinq kampaniya və aksiyalarının performansını izləmək;
- Ənənəvi marketinq hesabatlarının yaradılması və yenilənməsi;
- Bankın nüfuzunu qorumaq;
Namizədə dair tələblər:
- Marketinq və ya oxşar sahədə ali təhsili olmalıdır;
- Marketinq sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Kreativlik, məzmun yaradıcısı və kopiraytinq sahələrində keçmiş iş təcrübəsinin olması;
- Veb-sayt və mobil tətbiq üzərində təcrübə;
- Əla multitasking bacarıqları;
- Kreativ agentlikdə iş təcrübəsinin olması üstünlükdür;
- DMI və bənzər sertifikatlara sahib olması üstünlükdür;
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı - namizdəin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 31.01.2024-cü il tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Marketinq şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.
Müraciətlərə baxılma bölməsinə mütəxəssis
Son tarix 01 fev 2024 [email protected]
İşin təsviri:
- Bankın qısa nömrəsinə zəng qəbulu və Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması və lazım olduqda müvafiq struktur bölməyə yönləndirilməsi;
- Müştərilərdən daxil olan şikayət və təkliflərə baxarkən daha ətraflı məlumat alınması və məlumatın doğruluğunu təsdiq edən sənədlərin tələb edilməsi;
- Bütün Bank məhsulları və xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;
- Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən onların müraciətlərinə baxılması barədə sənədlərin hazırlanması və həmin sənədlərin müştərilərə təqdim edilməsi;
- Bank daxil olan müraciətlərin xarakterindən asılı olaraq müştərilərlə yazılı, şifahi danışıqlar aparmaq, görüşlər təşkil etmək, məsləhət və izahatlar verilməklə müştəri məmnuniyyətinin təmin edilməsi;
- Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;
- Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;
- Satış yönümlü yazışmaların, danışıqların aparılması;
- Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial Mediada bank haqda rəylərin mütəmadi monitorinq edilməsi.
Namizədə dair tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsili olmalıdır;
- Eyni və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan və rus dilləri mükəmməl olmalı, ingilis dili arzu olunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
- Əla multitasking bacarıqları;
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı - Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 31.01.2024-cü il tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müraciətlərə baxılma bölməsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.