Premium Bank
Telesatış mütəxəssisi
Son tarix 15 may 2026 - [email protected]
İşin təsviri:
- Bankın sisteminə daxil olan müştəri müraciətlərinin təhlil edilməsi;
- Müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması və ehtiyaclarının müəyyənləşdirilməsi;
- Kredit, kart və digər bank məhsullarının müştərilərə təqdim edilməsi və satışı;
- Onlayn kanallar vasitəsilə daxil olan sifarişlərin proqram təminatında qeydiyyata alınması;
- Müştəri bazasının formalaşdırılması və yeni müştərilərin cəlb olunmasına dəstək verilməsi;
- Müştərilərdən daxil olan təklif və iradların toplanaraq rəhbərliyə ötürülməsi;
- Satış prosesinin keyfiyyətli və operativ şəkildə idarə olunması.
Namizədə dair tələblər:
- Ali təhsil arzu olunandır;
- Əla səviyyədə Azərbaycan və rus dili biliyi;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Analitik düşünmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Telesatış mütəxəssisi” qeydini etməklə göndərə bilərlər.














