Premium Bank
Kreditlərin anderraytinqi və monitorinqi şöbəsinin “Mütəxəssisi”
Son tarix 15 dek 2024 - [email protected]
İşin təsviri:
- Kredit (istehlak, biznes), qarantiya və digər sənədli əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğunun yoxlanılması;
- Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;
- Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin təhlili;
- Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
- Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
- Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
- Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
- Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın, kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılması;
- Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
- Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
- Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması;
- Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
- Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması.
Namizədə dair tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;
- Ən azı 1 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
- Azərbaycan dili biliyi əla, Rus və ya İngilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron poçt ünvanına 23.02.2024-cü il tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur