Premium Bank
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Son tarix 04 dek 2024 - [email protected]
İşin təsviri:
- Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
- Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;
- Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
- Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin hәyata keçirilmәsi;
- Ssenarilərin təhlil edilməsi, Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
- Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
- İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
- Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisad sahəsində ali təhsil;
- Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
- Əla səviyyədə MS Excel biliyi;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
- Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
- Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
- FRM,PRM üzrə hər hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
- Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə dilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə e-poçt ünvanına göndərə bilərlər.