Premium Bank
Komplayens departamentinin Komplayens Monitorinq şöbəsinin Aparıcı / Baş mütəxəssisi
Son tarix 28 noy 2024 - [email protected]
İşin təsviri:
- Əməliyyat sahəsində normativ aktlar, bankdaxili tariflər, limitlər əsasında düzgün icra olunmasına nəzarət (fiziki və hüquqi şəxslər ölkədaxili, ölkəxarici köçürmələri, hesablar üzrə sərəncamlar, SPK, nağd və qeyri-nağd mübadilə və s.)
- Kredit sahəsində verilmiş kreditlər üzrə limitlər əsasında kreditlərin verilməsinə və tariflər əsasında komissiya haqqlarının düzgün tutulmasına nəzarət
- Plastik kartlar sahəsində kartların sifarişi, tariflərə uyğunluğuna nəzarət;
- Maliyyə sahəsində bankın gündəlik komissiya gəlirləri və xərclərinə nəzarət, hesabatların yoxlanılması;
- Nağd valyuta mübadiləsi əməliyyatları zamanı məzənnələrin düzgünlüyünün yoxlanılması, məlumatların elektron portala ötürülməsinə nəzarət
- Terminallar və ATM sahəsində əməliyyatların limitlər əsasında düzgün icra olunmasına, tariflər/müqavilə əsasında komissiya haqqlarının düzgün tutulmasına və qalıqlarının sistem ilə uyğun olmasına nəzarət;
- Müxtəlif kanallardan daxil olmuş müştəri müraciətlərinin vaxtında və düzgün cavablandırılmasına nəzarət;
- Bankdaxili proses və əməliyyatların monitorinqlərinin aparılması və monitorinq planlarının hazırlanması ;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank proqramından (Progress) istififadə bacarığı arzuolunandır;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq
- Sahə ( nəzarət, risk, audit) üzrə ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Komplayens departamentinin Komplayens Monitorinq şöbəsinin Aparıcı / Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.