Premium Bank
Aparıcı/Baş mütəxəssis
Son tarix 10 noy 2024 - [email protected]
“Premium Bank” ASC Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edir.
İşin təsviri:
- PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
- Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
- Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
- Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
- Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
- Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır;
- PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
- Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Komplayens departamentinin Məlumatların emalı və hesabatlıq şöbəsinin Aparıcı / Baş mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.