Premium Bank
Daxili Audit Bölməsində Aparıcı Mütəxəssis
Son tarix 15 fev 2024 - [email protected]
İşin təsviri:
- Biznes prosesləri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
- Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi və tövsiyələr icrası üzrə hesabat tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
- Ən azı 2 il bank iş təcrübəsi;
- 22-35 yaşlarda bəy və ya xanım namizədlər;
- Mərkəzi Bankın qaydaları və digər əlaqələli qurumların bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilmək;
- Prosesslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarıqı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
- Microsoft Office və proqramlar ilə işləmə bacarığına sahib olan;
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 15.02.2024-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Audit Bölməsində “Aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.