Premium Bank
Kreditlərin satışı və rəsmiləşdirilməsi şöbəsi üzrə mütəxəssis
Son tarix 01 okt 2023 - [email protected]
İşin təsviri:
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
- Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
- Kredit əməliyyatlarının tam sənədləşməsi;
- Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli sənədlərinin tələblərini bilməlidir.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
- Ən azı 2 il bank iş təcrübəsi;
- 22-35 yaşlarda bəy namizədlər;
- Satış bacarığına malik olmalı;
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
- Ofis proqramlarında işləmək bacarığı olmalı.
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 30.09.2023-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Kredit departamentinin “Kreditlərin satışı və rəsmiləşdirilməsi” şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.