PMD Projects LLC
İKT layihələr üzrə Aparıcı mütəxəssis
Son tarix 03 mar 2022
Vəzifə öhdəlikləri:
- Layihələrin İKT hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında birbaşa rəhbərinə və Layihə müdirinə hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması;
- Layihənin İKT hissəsinin cizgilərinə uyğun olaraq İKT xidmətlərinin təhlil edilməsi;
- Layihələrin İKT hissəsinin cədvəlinin hazırlanması və işlərin cədvələ uyğun getməsinə nəzarət etmək;
- Layihə şirkətlərinin təqdim etdiyi layihənin İKT hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanılması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi;
- Layihələrin İKT hissəsinin texniki tapşırıqlarının hazırlanması;
- Layihələrin İKT hissəsinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;
- Layihələrin İKT hissəsi üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması;
- Layihələrin İKT hissəsinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak etmək;
- İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması;
- Rəhbərliyi və komandanı layihədəki yeniliklər barədə daimi məlumatlandırmaq;
- Layihələrin İKT hissəsi bitdikdən sonra yekun hesabatın hazırlanması;
- Layihə üzrə mobilizasiya ofislərinin İKT xidmətlərlə təmin olunması və texniki dəstəyin göstərilməsi;
- Layihə ilə bağlı bölgələrə işgüzar səfərlərin edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər:
- İKT sahəsində azı 3 il, İKT layihələrdə azı 1 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – orta;
- İKT layihələrin idarə olunması proseslərini bilmək;
- Layihənin koordinasiya prinsiplərini, prosedurlarını və “ən yaxşı təcrübələri” bilmək;
- MS Project proqramında işləmək bacarığı, Visio və Autocad biliyi arzuolunandır;
- İKT sahəsində beynəlxalq sertifikatlar;
- Regionlarda işləməyə hazır olmaq
Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.