PMD Projects LLC
Sahə memarı
Son tarix 11 okt 2025 - Müraciət et
Təsvir
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək:
- Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
- Maraqlı tərəflər ilə;
- Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
- Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
Tələblər
- Ali təhsil : Memarlıq ixtisası üzrə;
- İş təcrübəsi : Müvafiq sahə üzrə azı 3 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, NFPA;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
Planlaşdırma üzrə baş mühəndis
Son tarix 11 okt 2025 Müraciət et
Təsvir
- Tələb üzrə müqavilə üçün qrafik məlumatlarının hazırlanmasına rəhbərlik etmək və təyin olunmuş qrafiklərin düzgün hazırlandığını yoxlayıb təsdiqləmək;
- Təyin olunmuş fənnlər üçün məntiqi iş ardıcıllığı yaratmaq;
- İş ardıcıllığını ümumi layihə planı ilə nəzərdən keçirib qiymətləndirmək;
- Təyin olunmuş fəaliyyət müddətlərinin seçilməsi metodlarını müəyyənləşdirmək və həyata keçirmək;
- Layihə hesabatları və iş bölgü strukturlarını hazırlamaq və təyin olunmuş yeni işlər üçün müvafiq dəyişiklik və düzəlişləri tövsiyə etmək;
- Təyin olunmuş qrafik üzrə kritik yol fəaliyyətlərini müəyyənləşdirmək;
- Podratçılar da daxil olmaqla təyin olunmuş qrafik kənarlaşmalarını müəyyənləşdirmək, təhlil etmək, izləmək və düzəldici fəaliyyət / iş həllini tövsiyə etmək;
- Aylıq irəliləyiş üzrə hesabat hazırlamaq. Qrafikə təsir göstərən fəaliyyətləri müəyyənləşdirmək və hesabat vermək;
- Mütəmadi olaraq layihənin səmərəliliyini izləmək və təhlil etmək;
- Layihənin işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
- Layihə üzrə görülən işlərin həftəlik/aylıq iş planını hazırlamaq;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatları hazırlanıb rəhbərliyə ötürmək;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması, müvafiq proqrama daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün layihə komandası ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlaşdırmaq;
- Podratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
Tələblər
- Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.