PMD Projects LLC
Müqavilələr üzrə mütəxəssis
Son tarix 21 iyn 2024 - Müraciət et
Təsvir:
- Layihədə görülən işlər üzrə Layihə rəhbərinin və (və ya) Kommersiya menecerinin tələbi ilə iş təlimatlarının verilməsini, uyğunluqsuzluq aktlarının verilməsini, məktubların, bildirişlərin verilməsini təmin etmək, layihə rəhbəri tərəfindən bu məktubların icrasının nəzərdə saxlanması üçün töhfə vermək;
- Müəssisələr tərəfindən təqdim edilmiş bank qarantiyalarının müqavilə əlavəsində olan bank qarantiyasına uyğun olmasının yoxlanması, əgər uyğun olarsa orjinalın mərkəzə göndərilməsini təmin etmək;
- Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət etmək;
- Tender paketinin formalaşdırılıması zamanı düzgün müqaviləni təqdim etmək, tender üçün zəruri olan sənədlərin toplanmasında yardımçı olmaq;
- Müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, müqavilə dəyişikliyi qaydasına uyğun olaraq bu dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
- Müqavilə inzibatçısı tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
- Qarşı firmalar ilə bağlanmış müqavilə şərtlərinə qarşı firmalar riayət etməzsə cərimə və digər təminat tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Qarantiya müddətlərini mütəmadi izləmək;
- Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək.
Tələblər:
- Ali təhsil (iqtisadi, hüquq, digər aidiyyati sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili - yaxşı
- Komputer bilikləri: MS Office