PMD Hospitality
Məlumat bazaların idarə edilməsi üzrə baş mütəxəssis
Son tarix 03 may 2023 [email protected]
Ünvan: Port Baku Towers
Vəzifə öhdəlikləri:
- Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını həyata keçirir;
- Mütəmadi olaraq şirkətin Avtomatlaşdırılmış Sistemlərinin məlumat bazaların mövcud vəziyyətlərini təhlil edir, gündəlik texniki dəstək göstərir və tələb olunan funksional dəyişikliklərin həyata keçirilməsi üzrə inzibatçılıq işlərini həyata keçirir;
- Şirkətdə istifadə olunan proqram təminatlarının və funksional informasiya sistemləri arasında məlumat mübadilələri üçün tələb olunan interfeys əlaqələrinin yaradılmasında iştirak edir;
- İstehsalçısı tərəfindən təqdim olunan dəyişikliklərin və yeni versiyalarının tətbiqini həyata keçirir;
- Avtomatlaşdırılmış Sistemlərinin funksional təkmilləşdirilməsi üzrə tələb olunan işləri həyata keçirir və bununla bağlı İT direktora təkliflər verir;
- Məlumat bazalar serverlərində baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
- Məlumat bazalarda aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və ya xaricdən xidmət göstərən şirkətlərə sorğuları göndərir və icrasına nəzarəti təmin edir;
- İstifadə olunan və hazırlanan proqram təminatlarının test rejimdə yoxlanılmalarda işdirak edir və real rejimdə istifadəyə verilməsini həyata keçirir;
- Məlumat bazaların yük altında, stres testləri həyata keçirir.
- Məlumat bazaların arxivləşdirmə işləri həyata keçirir, arxivlərin mütamadi test edilməsini, qeydiyyatını və bərpa işləri aparır. (Rman, Datapump, Sql backup və.s)
- Məlumat bazaların arxivləşdirmə prosesi üzə avtomatlaşdırma işləri aparır.
- Məlumat bazaların online monitoringi və sistemlərə nəzərəti həyata keçirir. (Oracle Cloud Control, Spotlight və.s)
- Məlumat bazaların performans üzrə təkminləşdirmə işləri aparır.
- Məlumat bazaların replikasiyaları təmin edir (Oracle Active Data Guard, Physical Standby, SQL standby və.s)
- Məlumat bazaların klaster sistemlərin qurulması üzrə işləri həyata keçiri.
- Məlumat bazalara və Proqram təminatlarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
- Funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
- Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT direktora hesabatlar təqdim edir;
- İT direktorun qrupun işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirir;
Namizədə tələblər:
- Bakalavr dərəcəsi
- Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
- İnformasiya sistemlərinin quruluşu və arxitekturası haqda geniş biliklərin olması;
- Oracle, MS SQL, PostgreSQL məlumat bazalarının idarəetmə sistemlərində sərbəst işləmək bacarığı;
- Backup and Recovery (RMAN, Datapump və.s) ilə sərbəst işləmək bacarığı;
- DataGuard, RAC sazlanması və dəstəklənməsi üzrə bacarığı;
- OEL, Redhat linux OS-də işləmək bacarığı;
- Oracle Weblogic, OHS, Appache üzrə bilik arzuolunandır;
- Məxfilik qaydalarına riayət etmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
ERP sistemləri üzrə baş mütəxəssis
Son tarix 03 may 2023 [email protected]
Ünvan: Port Baku Towers
Vəzifə öhdəlikləri:
- Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını həyata keçirir;
- Mütəmadi olaraq şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və şirkətdə fəaliyyət göstərən diqər informasiya sistemlərinin mövcud vəziyyətlərini təhlil edir və tələb olunan funksional dəyişikliklərin həyata keçirilməsi üzrə proqramlaşdırma işlərini həyata keçirir;
- Şirkətdə istifadə olunan proqram təminatlarının və funksional informasiya sistemləri arasında məlumat mübadilələri üçün tələb olunan interfeys əlaqələrinin yaradılmasında iştirak edir;
- Avtomatlaşdırılmış Sistemlərinin istehsalçısı tərəfindən müvafiq modul və ekran formaları üzrə təqdim olunan dəyişikliklərin və yeni versiyalarının tətbiqini həyata keçirir;
- Avtomatlaşdırılmış Sistemlərindən məlumatların tələb olunan xüsusi hesabat formalarına keçirilməsini təmin edir;
- Avtomatlaşdırılmış Sistemlərinin funksional təkmilləşdirilməsi üzrə tələb olunan işləri həyata keçirir və bununla bağlı İT menecerinə təkliflər verir;
- İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
- Məsul olduğu informasiya sistemlərində və proqram təminatlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
- İstifadəçilərin müraciətləri əsasında avtomatlaşdırılmış sistemlərində və şirkətdə istifadə olunan digər proqram təminatlarında aşkar olunmuş nöqsan və xətaların aradan qaldırılması üçün departamentin əlaqədar digər struktur vahidlərinə və ya xaricdən xidmət göstərən şirkətlərə sorğuların göndərir və icrasına nəzarəti təmin edir;
- Şirkətin struktur bölmələri tərəfindən avtomatlaşdırılması tələb olunan funksiyaları təhlil edir və müvafiq proqramlaşdırma işlərini həyata keçir;
- Qrup tərəfindən hazırlanan proqram təminatlarının test rejimdə yoxlanılmasını və real rejimdə istifadəyə verilməsini həyata keçirir;
- Proqram təminatlarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
- Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
- Öz fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
- İT meneceri qrupun işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirir;
- Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;
Namizədə tələblər:
- Bakalavr dərəcəsi
- Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
- İnformasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqda geniş biliklərin olması;
- Oracle məlumat bazalarının idarəetmə sistemlərində sərbəst işləmək bacarığı;
- Məxfilik qaydalarına riayət etmək;
- SQL, PL SQL; MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
İnformasiya texnologiyaları üzrə menecer müavini
Son tarix 03 may 2023 [email protected]
Ünvan: Port Baku Towers
Vəzifə öhdəlikləri:
- Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işlərin icrasını həyata keçirir;
- IT Resursların planlamada və büdcələmədə iştirak edir;
- Yeni İT sistemləri və avadanlığının seçilməsi, quraşdırılması, istismara verilməsi və onlara cari xidməti təşkil edir;
- İT üzrə daxili xidmət standartlarını daim təkmilləşdirir;
- Sistemlərin işlək vəziyyətdə saxlanması və onlardan istifadənin təkmilləşdirilməsini təmin edir;
- Sistemlərin performansına nəzarət edir və təkminləşdirmə işləri təşkil edir;
- Hesabatların hazırlanmasını və avtomatlaşdırılmasını təşkil edir;
- Daim biznes strukturlarının İT üzrə funksional tələblərini nəzərdən keçirir və onların daxili prosedurlara uyğun yerinə yetirilməsi, yeni funksiyaların sistemlərə əlavə olunmasını təmin edir;
- İT üzrə bütün layihələri istiqamətləndirir, nəzarət edir və bir-biri ilə əlaqələndirir;
- Şirkətə və müştərilərinə təqdim olunan yeni elektron xidmətlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi və Şirkətin əlaqədar struktur bölmələri ilə razılaşdırılması;
- Şirkət tərəfindən tətbiq olunan məhsul və xidmətlərin avtomatlaşdırılması üzrə layihələrin idarə olunmasını, əlaqədar struktur bölmələr ilə koordinasiyanın təmin edilməsi və layihələrin tam şəkildə icra edilməsinə nəzarətin həyata keçirilməsi;
- Şirkətin daxili iş proseslərinin avtomatlaşdırılması, habelə mövcud avtomatlaşdırılmış proseslərin optimallaşdırılması üzrə təhlillərin aparılması və tələb olunan dəyişikliklər üzrə təkliflərin hazırlanması;
- Şirkətin Avtomatlaşdırılmış Sistemlərində (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed, iScala) və şirkətda fəaliyyət göstərən diqər informasiya sistemlərində həyata keçirilən dəyişikliklərin və yeniliklərin İnformasiya Texnologiyaları departamenti və digər əlaqədar struktur bölmələri ilə birgə test olunması və aparılan testlərin nəticələri barədə müvafiq hesabatların hazırlanması;
- Şirkətin informasiya sistemlərində və Avtomatlaşdırılmış Sistemlərində həyata keçirilən dəyişikliklər və yeniliklər üzrə Şirkətin əməkdaşlarına treyninqlərin keçirilməsinin təşkili və bununla əlaqədar olaraq digər struktur bölmələr və tələb olunduqda müvafiq kənar icraçı şirkət(lər) ilə işlərin əlaqələndirilməsi;
- Şirkətdə avtomatlaşdırmadan kənar qalan sahələrin müəyyən edilməsi, bununla əlaqədar informasiya texnologiyalarına dair tələblərin müəyyən edilməsi;
- Şirkətdə periodik olaraq struktur bölmələr tərəfindən Şirkətin Avtomatlaşdırılmış və digər informasiya sistemlərinə aid proseslərin təkmilləşdirməsi ilə əlaqədər verilən təkliflərin qeydiyyatının aparılması, onların təhlili və layihələndirilməsi.
- Avtomatlaşdırılmış Sistemlərində funksional imkanlarının artırılması ilə bağlı layihələrin hazırlanması və bunun üçün icraçı şirkətin nümayəndələri ilə müzakirə və danışıqların aparılması, və müvafiq işlərin planlaşdırılması.
- Avtomatlaşdırılmış Sistemlərinə və diqər Proqram təminatlarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
- İT sistemləri və İT təhlükəsizliyi üzrə tədrisi təşkil edir;
- Elektron xidmətlərə aid olan fəaliyyətin təşkil olunması və icrasına nəzarət edir;
- Öz vəzifə təlimatına uyğun olan məsələlərə dair digər təşkilatlarla danışıqlarda Şirkətı təmsil edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir və İcrasına nəzarəti həyata keçirir;
- Şöbə tərəfindən hazırlanan məhsul və xidmətlərin səmərəliliyinə nəzarət edir və bu barədə rəhbərliyə məlumatlar hazırlayır;
- Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.
Namizədə tələblər:
- Bakalavr dərəcəsi
- Məlumat təhlükəsizliyi haqqında biliklərin olması;
- Beynəlxalq İT Standartlar haqqında geniş biliklərin olması;
- informasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında geniş biliklərin olması;
- Layihələri idarə edilməsi haqqında geniş biliklərin olması;
- Məxfilik qaydalarına riayət etmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan/rus/ingilis dilləri;
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.